Çankiri ağacı və ya Ölüm ağacı — Kamboca ölüm meydanlarında rast gəlinən ağac. Kambocaya gətirildiyi gündən bəri Çankiri adlanan "Albizia saman" hündürlüyü və geniş ərazilərə kölgə sala bilən budaqlarına görə ölkə daxilində geniş şəkildə əkilmişdi. Kamboca soyqırımı zamanı valideynləri qırmızı khmerlərə qarşı cinayətlərdə ittiham olunduqları üçün uşaqlar və körpələr burada ağaclara çırpılaraq əzilirdi. Bu, uşaqların "böyüdükcə valideynlərinin ölümünə görə qisas almaması" üçün edilmişdir.[1] Bəzi əsgərlər uşaqları ağaclara çırpmaqdan həzz aldıqlarını bildirmişdilər.[2]