Çaqqallıq təpələri yaşayış yeri

Çaqqallıq təpələriAzərbaycan Respublikası Şabran rayonunun Aygünlü kəndindən 0,5 km. cənub-qərbdə, Samur-Abşeron kanalının hər iki sahilində Erkən tunc dövrünə aid yaşayış yeri. İki təpədən ibarətdir. Hündürlüyü 12 metr, sahəsi 2300 kv. metr olan birinci təpə Samur-Abşeron kanalının inşası zamanı dağılmış, 3 metr qalınlığında mədəni təbəqə aşkar olunmuşdur. Hündürlüyü 6 metr, sahəsi 2600 kv. metr olan ikinci təpədə mədəni təbəqə (qalınlığı 2 metrə yaxın) müəyyənləşdirilmişdir. Çaqqallıq təpələri, əsasən, qara rəngli, üstü cilalı gil qab (cam, çəllək, vaza və s.) qırıqları, daş məmulatı, çəkiclər, gəzli balta, oraq dişi, dən daşları və s. tapılmışdır. Yaşayış yeri Erkən Tunc dövrü əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.

  • Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh. 431