Acıgöl (Çardaq gölü) — Türkiyənin Afyonkarahisar və Dənizli vilayətləri ərazisində yerləşən göl. Dənizli vilayətinin ən böyük gölü olan Acığölün ümumi sahə 41,5 km²-dir. Bunun 20 km²-i Afyonkarahisar vilayətinin Başmaqçı və Dazkırı mahalları ərazisinə düşür. Gölün dərinliyi 150 sm ilə 210 sm arasındadır. Yaz mövsümündə suyu azalır, bəzən isə tamam quruyur. Göl öz suyunu ətrafdakı dərələrdən axan kiçik bulaqlardan və Gəmiş bulağından alır.
Acığöl | |
---|---|
türk. Acıgöl | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 836 m |
Eni | 7 km |
Uzunluğu | 30 km |
Sahəsi | 100 (yaz), 35 (yay) |
Dərin yeri | 2 m |
Yerləşməsi | |
37°49′ şm. e. 29°53′ ş. u. | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adından da aydın olduğu kimi gölün suyu acıdır və burada heç bir canlı orqanizm yaşamır. Gölün suyundan natrium sülfat (Na2SO4.10 h2O) əldə edilir. Gölün şərqində yerləşən dağlarda durna, çöl ördəyi, çöl qazı və flaminqo kimi köçəri quşlara rast gəlmək olar.
Acığöl Türkiyənin natrium sulfat ehtiyatlarına malik ən böyük, dünyanın isə ikinci böyük gölüdür. Türkiyədə istehsal olunan natrium sulfatın 90%-i bu göldən əldə olunur. Acığöldən əldə edilən natrium sulfat həm də dünyada ən təmiz (toksik maddələrin olmadığı) natrium sülfat sayılır. Türkiyədə kağız, şüşə, yuyucu maddələr, tekstil və s. sənaye sahələrində istifadə edilən natrium sülfatın hamısı bu göldən alınır. Göl yatağında gips və duz layları da mövcuddur. Acıgöl süni yolla yaradılması mümkün olmayan göllərdən sayılır və dövlət tərəfindən mühafizə olunur.