Çardaqzağa yaşayış yeri

Çardaqzağa — Qobustan rayonu ərazisində qədim yaşayış yeri.

Çardaqzağa yaşayış yeri Anazağadan 200–250 m cənubda, Böyükdaş dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni təbəqənin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Мədəni təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq daşından hazırlanmış əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007