Filmdə haqqında danışılan azərbaycanlı oğlanlar naməlumluğa gedirdilər. Onların Əfqanıstanda qulluq etmələri isə uzun müddət hamı üçün sirr olaraq qalırdı.
Çat | |
---|---|
Janr | sənədli film |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifləri |
Eldar Quliyev Tatyana Bəkirzadə |
Operator | Elxan Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1988 |
Filmin digər adı | Əfqan gündəliyi |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 540 metr 35 mm |
Rəng | rəngli |
İndi valideynlər övladlarını hərbi xidmətə yola salarkən hərbi komissarlığın qapısı ağzında dayanıb, tələb edirlər: "Bizim uşaqlarımızı qoruyun!" Bu çağırış filmdə Əfqanıstanda həlak olmuş əsgərin dəfnini əks etdirən kadrlarda səslənir. Belə hadisə unudulmur və bağışlanılmır.