Çaun körfəzi — Çukotka Muxtar Dairəsi ərazisində yerləşən körfəz. Şərqi Sibir dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusiyanın Çukot Muxtar Dairəsinin Çaun rayonu ərazisində yerləşir.
Çaun körfəzi | |
---|---|
çuk. Чаан | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 31 m |
Yerləşməsi | |
69° şm. e. 170° ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahilində mühüm Arktika limanı olan Pevek limanı yerləşir. Həmcinin qəsəbə hava limanına sahibdir. Qış ayları Pevekdən Baranixaya yol gedir.
Körfəz 1646-ci ildə İsa Neçaev tərəfindən təşkil edilən rus ekspedisiyası zamanı kəşf edilmişdir. 1762-ci ildə Çaun buxtasını Nikita Pavloviç Şalaurov ziyarət edir və körfəzin xəritəsini tərtib edir. Körfəzin adı yukagirlərdən götürülmüşdür. Yukagirlərdə olan Çovan sözündən götürülmüş mənası «dəniz»-dir[1].
Körfəz dənizlə üç böğazla birləşir: Kiçik Çaun boğazı (Ayon adasının qərbində), Srednı (Ayon adası ilə Böyük Routan adası arasında) və Pevek (Böyük Routan adasımın şərqi). Şərqdən Şelaqski burnu ilə əhatələnir. Qərb sahilləri hamar şərq sahilləri isə hisbətən hündürdür.Körfəzin uzunluğu 150 km, eni 100 km, dərinliyi isə 20 metri keçmir. Boğazlarda isə dərinlik 31 metri keçmir.
Yayda dəniz axınları şimal enliklərindən gətirdiyi buzları körfəzin girəcəyində toplaylır. Burada Lionski buz massivini əmələ gətirir.
Körfəzə çoxlu sayda kiçik çaylar yökülür: Pootaypıvaam, Mlelıın, Teyukuul, İçuveem, Palyavazan, Çaun, Puçeveem, Levyuveem, Kremyanka, Ittıkulveem, Emıkkıvyan, Rakvazan və d. çaylar. İçuveem sisteminə Orta İçuveem və Kaatır çayları daxildir. Sahilində yerləşən burunlar:Qorbatıy, Naqlyonqın, Turırıv, Mlelıın. Körfəzdə yerləşən adalar:Mosey, Ayon, Routan adaları (Kiçik Routan və Böyük Routan). Çaun, Pevek və Srednıy boğazları ilə Şərqi Sibir dənizi ilə birləşir. Pevek boğazı Routan adaları ilə Pevek yarımadası arasında yerləşir. Uzunluğu 14 km, eni 4 km, orta dərinlik 14–25 m, ən dayaz yeri 31 metr təşkil edir. Kiçik Çaun boğazı isə dayaz boğazdır. Boğazın qərbində Mosey adası, şərqində isə kiçik adalar vardır. Sahilləri dayazdır, lilli və qumsal burunlarla zəgindir. Qışda ərazidən Pevek-Ayron yolu keçir. Dərinliyi 6 m-dir
Körefəzin şərq və cənub sahilləri köçəri quşlarla dolur. Burada ağ qaz, tundura ququşu, cəhrəyı qağayı kimi quşları görmək mümkündür. Bu ərazilər «Çaunskaya Quba»[2] adlı təbiət qoruğu elan edilmişdir.
Körfəzin şimal-şərq hissəsində insanın antropogen təsiri hiss edilir. Ekosistem təmizlənməyən tullantıların təsirinə məruz qalır.