Çaxoxbili

Çaxoxbili

6–8 porsiya üçün nəzərdə tutulub

  • 2 qaşıq ərimiş kərə yağı və ya duru yağ
  • 1 toyuq (təxminən 1 kg 500 q) — 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
  • 4 ədəd orda boy soğan — doğrayın
  • 8 ədəd orta boy pomidor — soyun və iri-iri doğrayın
  • 3 diş sarımsaq — soyun və xırda-xırda doğrayın
  • təxminən yarım stəkan doğranmış göyərti qarışığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
  • bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
  • duz
  • istiot

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
  1. Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
  2. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
  3. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.