Çay hövzəsi

Çay hövzəsinin sxematik təsviri. Mavi xətlər su axınlarını, qəhvəyi nöqtəli xətt isə hövzənin sərhəddini (suayrıcı) göstərir.

Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi.[1] Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır.

Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.[1]

  1. 1 2 O.Osmanov.B.Abdullayev.İzahlı coğrafiya lüğəti.Bakı.1966.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]