Çaykovski binası

Çaykovski binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Çaykovski binası Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 56 ünvanında yerləşir. Bina 1871-ci illərdə inşa edilmişdir.

Çaykovski binası
rus. Дом Чайковского
Xəritə
47°12′45″ şm. e. 38°56′17″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1871
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binanın inşası üçün vəsaiti Don qoşunlarının podpolpovniki Dmitri Qriqorieviç Kalinovski ayırmışdır. Binanın layihəsi 1871-ci ildə Mixail Prokofeviç Petrova məxsusdur[1]. Belə bir fikir vardır ki, binanın tikintisi gerçəkləşdirə bilməyən sahibkar onu tacir Sarandino alaraq tikintisini başa çatdırır. 1883 - 1894-cü illərdə binanı Rus paraxod və ticarət cəmiyyəti öz agentləri olan dəniz zabiti İppolit İliç Çaykovski üçün kirayələmişdir. Qardaşının yanına hərdən Pyotr Çaykovski belə ziyarət edirdi. O, 1886, 18881890-ci illərdə müəyyən müddətə qalmışdır. 1898 - 1906-cı illərdə binanın sahibi Y. İ. Tarxovaya məxsus olmuşdur. 1915-ci ildən isə binanın sahibəsi general-mayor K. P. Petivinin həyat yoldaşı olmuşdur. 1920 - 1966-cı illərdə binada 1 saylı uşaq bağçası yerləşirdi. 1974-ci ildən isə binada Çexov adına Taqanroq şəhər ictimai kitabxanası yerləşir.

Bina qırmızı kərpiçdəndir və mandsara sahibdir. Binada modern və neoqotika stilinin elementləri vardır.

Tanınmış sakınləri

[redaktə | mənbəni redaktə et]

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Binanın sonuncu restavrasiyası 2009-2010-cu illərdə Anton Pavloviç Çexovun 150 illiyi münasibəti ilə keçirilən tədbirlər çərçivəsində həyata keçirilmişdir[2]. Bundan öncə isə təmir 1976-cı ildə gerçəkləşdirilmişdir. Bəzi elementlər yenilənmişdir.

  1. Маргарита Сергеевна Киричек Чайковского дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 776. — ISBN 978-5-88040-064-5.
  2. Собств. корр. Дом Чайковского открыт в Таганроге после реставрации Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine // Интерфакс. — 2010. — 11 мая.