Çayların quruması və donması

Çayların quruması və donması[redaktə | mənbəni redaktə et]

İqlimhidrometeoroloji amillər kompleksinin müəyyən nisbətində çay məcrasının quruması və donması müşahidə olunur.

Çayların qurması səbəbləri[redaktə | mənbəni redaktə et]

Çayda axımın olmaması sudan istifdəni məhdudlaşdırır və buna görə də bu hadisənin davamiyyəti haqqılarnda məlumatlar böyük əhəmiyyət kəsb edir.Çayların quruması və donması , müvafiq olaraq ilin isti və soyuq dövürlərində , epizodik (bəzi illərdə) və ya hər il baş verir.İsti dövürdə çayların quruması onları qidalandıran sulu horizontalların ehtiyatlarının tükənməsi nəticəsində baş verir.Bu isə yeraltı su ehtiyatlarının az olması ,onların yaz mövsümündə zəif qidalanması ilə əlaqədardır.Uzun müddət yağıntıların düşməməsi, havanın yüksək temperaturu, rütubət çatışmamazlığı və intensiv buxarlanma çayların qurumasına təsir göstərir. Payız mövsümündə axım əmələgətirən yağıntılar olmadıqda çayın quruması qışa qədər davam edir.Çaylarda quruma hadisəsi bilavasitə meteoroloji quraqlıqla bağlıdır.

Çayların donması səbəbləri[redaktə | mənbəni redaktə et]

Qış mövsümündə havanın temperaturu uzun müddət çox aşağı olduqda çay su kütləsi kəskin soyuyur və hövzənin torpaq-süxur təbəqəsi böyük dərinlikdə donur.Bunun nəticəsində yeraltı axım kəskin azalır və tez tükənir.Çox şaxtalı illərdə donma hadisəsi çay boyu böyük məsafədə müşahidə olunur.Bu hadisə daimi donuşluq zonası çayları üçün daha səciyyəvidir.

Çayların quruması və donması hadisələrinin fərqli özəllikləri[redaktə | mənbəni redaktə et]

Quruma və donma hadisələrinin orta cəhəti olaraq, hər iki halda çayda axımın olmaması ilə nəticələrin lakin mənşəcə fərqli özəllikləri mövcuddur.Quruma zamanı yeraltı su ehtiyatları tükənir.Donma zamanı isə onlar tükənmir və buzəmələgəlməyə sərf olunur.

Çayların epizodik quruması və donması[redaktə | mənbəni redaktə et]

Bu hadisələr ən quraq və ən sərt şaxtalı illərdə müşahidə olunur.Çaylarda axımın epizodik olmaması davamiyyəti ilə müqayissədə qısa olur, lakin bəzən daha geniş ərazi əhatə edir.Sibirdə Şilka çayı hövzəsində sutoplayıcı sahəsi 5000 km² -dən az olan çaylar hər il donur, ancaq epizodik donma isə sutoplayıcı sahəsi 175000 km² olan çayda müşahidə edilmişdir.Daimi donuşluq zonasının şimal hissəsində çayların sutoplayıcı sahəsi 200.000 km² və daha çox olduğu halda belə epizodik donma qeydə alınır.

Azərbaycanda çayların donması və quruması[redaktə | mənbəni redaktə et]

Azərbaycan çaylarından quruma hadisəsi Şərqi Azərbaycanın Abşeron-Qobustan ,Lənkəran təbii rayonlarında həmçinin BöyükKiçik Qafqaz çaylarının da bir hissəsində müşahidə edilir.Abşeron-Qobustan rayonu aid çaylar olan SumqayıqCeyrankeçməz çaylarının axımın formalaşmasında 78–98% yağış suları təşkil edir.Qrunt sularının payı 2–10% dir.Çayların yer altı və qar suları ilə zəif qidalanması yüksək buxarlanma və zəif atmosfer yağıntıların müşahidə olunması ilə əlaqədardır.Sumqayıt və Çeyrankeçməz çaylarında il boyu az miqdarda qısamüddətli yağış daşqınları müşahidə olunur.Daşqından bir neçə gün sonra isə çay adətən quruyur. Abşeron-Qobustan rayonu çaylarında quruma hadisəsi ilin istənilən mövsümündə baş verir.Ataçay Altıağac məntəqəsində isə yalnız bəzi illərdə çayda quruma halları qeydə alınır. Lənkəran təbii vilayətində Burovar silsiləsində axan çaylar əsasən quruyur.Bunun əsas səbəbi isə həmin çayların qidalanmasında qar suların çox zəif iştirak etməsidir.Lənkəran vilayətinə aid olan çaylar iyul- avqust aylarında müşahidə edilir və soyuq aylara qədər davam edir. Qobustan-Abşeron çayları ilə müqayisədə Lənkəran çaylarında soyuq dövürdü güclü gur yağışlar yağdığı üçün quraqlıq dövrü daha qısadır. Hövzənin orta hündürlüyü artıqca çaylarda quruma hadisəsinin davamiyyəti qısalır.