Dağlıq ölkələrdə coğrafi mühitin komponentlərinin, o cümlədən iqlimin və hidroloji rejimin formalaşmasında əsas rolu ərazinin dəniz səviyyəsindən hansı yüksəklikdə yerləşməsi oynayır. Yüksəklik dəyişdikcə günəş enerjisinin paylanma xüsusiyyəti, istilik və rütubətin nisbəti dəyişir. Bununla əlaqədar coğrafi şəraitin bütün kompleksi, o cümlədən ərazinin su balansı dəyişikliklərə məruz qalır. Dağlıq ölkənin yüksəklik amplitudası nə qədər çox olarsa onun hidroloji elementlərə təsir edən amillərin müxtəlifliyi də çox olur.[1]
Hidroloji rejimin genezisinin tədqiqat tarixinə nəzər salsaq görə bilərik ki, bu tədqiqatlarda iqlim amilinə əsas yer verilirdi. Ona görə çay axımını təyin etmək üçün orta illik axım və bəzi meteoroloji elementlər (yağıntı, temperatur) arasında əlaqələr qurulurdu. Bu əlaqələrdən vaxtilə kiçik və az öyrənilmiş çayların axımını təyin etmək üçün geniş istifadə edilirdi. Lakin bu fikir keçmiş dövrlərdə geologiyanın, relyefin, torpaq-bitki örtüyünün az öyrənilməsindən irəli gəlmişdir. Hazırda belə qənaətə gəlinmişdir ki, ərazinin su rejimi bir-biri ilə sıx əlaqədə olan təbii amillərin kompleks təsirinin nəticəsidir. Məsələn, iqlim hər hansı bır ərazidən mümkün olan buxarlanmanı müəyyən edir. Lakin mövcud olan buxarlanma torpağın su saxlama qabiliyyətindən və bitki örtüyündən çox asılıdır.[1]
İnsanın təsərrüfat fəaliyyəti Azərbaycan meşələrinin şəklini xeyli dəyişmişdir. Meşə sahələri xeyli azalmış, eroziya prosesləri isə çoxalmışdır. Qırılmış meşələrin və talaların yerində mal-qaranın otarılması burada meşənin özünübərpa prosesinə mənfi təsir göstərir. Digər tərəfdən, insan fəaliyyətinin çayların sululuğuna təsiri onların suyundan səmərəsiz istifadə edilməsi ilə fəal bağlıdır. Axım layı (mm) və yaxud axım modulu (l/san. km2) şəklində verilmiş xəritələr axımın ərazi üzrə paylanmasını xarakterizə edirsə də, L.K. Davıdovun dediyi kimi (1947) bu çayın orta mütləq sululuğu və onun çay boyu dəyişməsi haqqında anlayış vermir. Bunu çayların sululuğu xəritə-sxemindən (şəkil 1.) daha aydın görmək olar. Bu sxemdə orta illik axımı 5m3/s-dən çox olan çaylar verilmiş və onların eni qəbul olunmuş miqyasa görə (1sm-də 20m3/s) axıma mütənasib verilmişdir. [1]
Bütün dünya çaylarında olduğu kimi təbii axımın çay boyu çoxalması xüsusiyyəti Azərbaycanda da mövcuddur. Bunu respublika çaylarında aparılan hesablamalardan aydın görmək olur (cədvəl 1.). [1]
Cədvəl 1. Xarakterik çaylarında axım boyu sululuğun dəyişməsi.
Çay |
Məntəqə |
Sutoplayıcının sahəsi, km2 | Çay axımı, m3/s | Suyun həcmi, mln.m3 | Axım modulu, l/s.km2 | Su layı, mm |
Qusarçay |
Kuzun | 250 | 4,71 | 148,6 | 18,8 | 594 |
Anıx | 327 | 5,23 | 165,0 | 16,0 | 504 | |
Qusar | 396 | 5,54 | 174,7 | 14,0 | 441 | |
Mənsəb | 694 | 8,20 | 258,6 | 11,8 | 373 | |
Qudyalçay |
Xınalıq | 104 | 3,28 | 103,4 | 31,5 | 994 |
Qırız | 426 | 7,29 | 229,9 | 17,1 | 540 | |
Kübçal | 517 | 7,81 | 246,3 | 15,1 | 476 | |
Mənsəb | 799 | 8,55 | 269,7 | 10,7 | 338 | |
Vəlvələçay | Nohurdüzü | 210 | 2,92 | 92,1 | 13,9 | 438 |
Təngəaltı | 454 | 4,22 | 133,1 | 9,30 | 293 | |
Mənsəb | 628 | 5,35 | 168,7 | 8,52 | 269 | |
Pirsaat | Şamaxı | 407 | 3,67 | 115,8 | 9,02 | 284 |
Tassı | 684 | 3,98 | 125,5 | 5,82 | 183 | |
Poladlı | 995 | 4,17 | 131,5 | 4,19 | 132 | |
Mənsəb | 2280 | 6,90 | 217,6 | 3,03 | 95 | |
Viləşçay | Yardımlı | 312 | 1,39 | 43,8 | 4,46 | 140 |
Təkdam | 428 | 3,14 | 99,0 | 7,34 | 231 | |
Şıxlar | 785 | 5,64 | 177,9 | 7,18 | 227 | |
Mənsəb | 935 | 7,00 | 220,8 | 7,49 | 236 | |
Lənkərançay |
25 km | 608 | 6,40 | 201,9 | 10,5 | 332 |
Sifidor | 893 | 9,43 | 297,4 | 10,6 | 333 | |
Lənkəran | 1040 | 14,0 | 441,6 | 13,5 | 425 | |
Mənsəb | 1100 | 14,0 | 441,6 | 12,7 | 401 | |
Göyçay |
Buynuz | 308 | 8,95 | 282,3 | 29,1 | 917 |
Göyçay | 1480 | 14,1 | 444,7 | 9,53 | 300 | |
Mənsəb | 1770 | 14,4 | 454,2 | 8,14 | 257 | |
Girdimançay |
Burovdal | 78,8 | 1,26 | 39,7 | 16,0 | 504 |
Qaranohur | 352 | 7,70 | 242,9 | 21,9 | 690 | |
Külülü | 453 | 8,29 | 261,5 | 18,3 | 577 | |
Mənsəb | 727 | 8,88 | 280,4 | 12,2 | 386 | |
Ağstafa |
Dilican | 222 | 2,60 | 82,0 | 11,7 | 369 |
İcevan | 1270 | 8,67 | 273,4 | 6,83 | 215 | |
Krivoy most | 1610 | 10,7 | 337,5 | 6,64 | 210 | |
Mənsəb | 2586 | 13,2 | 416,3 | 5,10 | 161 | |
Şəmkirçay |
Şəmkir çayı(qol) | 437 | 5,30 | 167,2 | 12,1 | 383 |
Barsum | 922 | 8,56 | 270,0 | 9,28 | 293 | |
Güzgər çayı | 970 | 8,61 | 271,6 | 8,88 | 280 | |
Mənsəb | 1170 | 9,25 | 291,7 | 7,91 | 249 | |
Gəncəçay |
Alaxançallı | 94,4 | 1,51 | 47,6 | 16,0 | 504 |
Zivlən çay-dan yuxarı | 112 | 1,59 | 50,1 | 14,2 | 447 | |
Zivlən çay-dan aşağı | 160 | 1,96 | 61,8 | 12,3 | 386 | |
Zurnabad | 314 | 4,61 | 145,4 | 14,7 | 463 | |
Xanlar | 439 | 4,66 | 147,0 | 10,6 | 335 | |
Mənsəb | 752 | 5,12 | 161,5 | 6,81 | 215 | |
Tərtər |
İstisu | 97,8 | 1,54 | 48,6 | 15,7 | 497 |
Kəlbəcər | 483 | 5,22 | 164,6 | 10,8 | 341 | |
Mağavuz | 2160 | 18,2 | 574,0 | 8,42 | 266 | |
Madaqiz | 2460 | 23,0 | 725,4 | 9,35 | 295 | |
Mənsəb | 2650 | 23,1 | 728,6 | 8,72 | 275 | |
Arpaçay |
Cermuk | 180 | 4,80 | 151,4 | 26,7 | 841 |
Keçut | 241 | 6,25 | 197,1 | 25,9 | 818 | |
Çaykənd | 807 | 11,5 | 362,7 | 14,2 | 449 | |
Yexeqnagzor | 1220 | 11,8 | 372,2 | 9,67 | 305 | |
Areni | 2040 | 21,7 | 684,4 | 10,6 | 336 | |
Mənsəb | 2630 | 23,7 | 745,5 | 9,01 | 284 | |
Naxçıvançay |
Biçənək | 94 | 1,60 | 50,5 | 17,02 | 537 |
Qarabala | 449 | 5,73 | 180,7 | 12,8 | 402 | |
Şahbuz çay(mənsəb) | 725 | 6,31 | 199,8 | 8,70 | 274 | |
Cəhri çayına qədər | 937 | 6,89 | 217,3 | 7,35 | 232 | |
Cəhri çaydan aşağı | 1437 | 7,47 | 235,6 | 5,20 | 164 | |
Mənsəb | 1630 | 7,54 | 237,8 | 4,63 | 146 |
Dağlarda çay suyudan suvarılmada istifadə olunmasına baxmayaraq yenə də axım boyu su bu qanunauyğunluğu büruzə verir. Təbii axımın çay boyu dəyişməsini daha yaxşı Kür və Araz çayları timsalında müşahidə etmək olar (cədvəl 2.).
Cədvəl 2. Kür və Arazın orta çoxillik təbii axımının çay boyu dəyişməsi
Məntəqə |
Mənsəbdən məsafə km. |
Sutoplayıcının sahəsi, min km2 |
Orta çoxillik axım. | |||
Sərfi,
m3/s |
Həcmi,
mln. m3 |
Layı,
mm. |
Axım modulu
l/s. km2 | |||
Kür çayı | ||||||
Tbilisi | 890 | 21,1 | 219 | 6907,3 | 327 | 10,4 |
Xrami çayının mənsəbi | 820 | 35,8 | 280,18 | 8836,9 | 247 | 7,83 |
Şəmkir çayının mənsəbi | 687 | 41,7 | 320,56 | 10110,46 | 242 | 7,69 |
Mingəçevir | 605 | 62,6 | 473,24 | 14925,99 | 238 | 7,56 |
Araz çayına qədər | 241 | 86,0 | 563,26 | 17765,22 | 207 | 6,55 |
Mənsəb | 0 | 188 | 853,62 | 26923,17 | 143 | 4,54 |
Araz çayı | ||||||
Qərb sərhəd | 541 | 37,4 | 153 | 4825,62 | 129 | 4,09 |
"Araz" su qovşağı | 422 | 54,3 | 193,25 | 6095,10 | 112 | 3,56 |
Xudafərin | 216 | 76,8 | 269,17 | 8489,62 | 110 | 3,50 |
Mənsəb | 0 | 102 | 290,36 | 91157,95 | 90 | 2,85 |