Çayların sululuğu və ona təsir edən amillər

Dağlıq ölkələrdə coğrafi mühitin komponentlərinin, o cümlədən iqlimin və hidroloji rejimin formalaşmasında əsas rolu ərazinin dəniz səviyyəsindən hansı yüksəklikdə yerləşməsi oynayır. Yüksəklik dəyişdikcə günəş enerjisinin paylanma xüsusiyyəti, istilik və rütubətin nisbəti dəyişir. Bununla əlaqədar coğrafi şəraitin bütün kompleksi, o cümlədən ərazinin su balansı dəyişikliklərə məruz qalır. Dağlıq ölkənin yüksəklik amplitudası nə qədər çox olarsa onun hidroloji elementlərə təsir edən amillərin müxtəlifliyi də çox olur.[1]


Çay axımının təyin edilməsi[redaktə | mənbəni redaktə et]

Hidroloji rejimin genezisinin tədqiqat tarixinə nəzər salsaq görə bilərik ki, bu tədqiqatlarda iqlim amilinə əsas yer verilirdi. Ona görə çay axımını təyin etmək üçün orta illik axım və bəzi meteoroloji elementlər (yağıntı, temperatur) arasında əlaqələr qurulurdu. Bu əlaqələrdən vaxtilə kiçik və az öyrənilmiş çayların axımını təyin etmək üçün geniş istifadə edilirdi. Lakin bu fikir keçmiş dövrlərdə geologiyanın, relyefin, torpaq-bitki örtüyünün az öyrənilməsindən irəli gəlmişdir. Hazırda belə qənaətə gəlinmişdir ki, ərazinin su rejimi bir-biri ilə sıx əlaqədə olan təbii amillərin kompleks  təsirinin nəticəsidir. Məsələn, iqlim hər hansı bır ərazidən mümkün olan buxarlanmanı müəyyən edir. Lakin mövcud olan buxarlanma torpağın su saxlama qabiliyyətindən və bitki örtüyündən çox asılıdır.[1]

Antropogen təsir[redaktə | mənbəni redaktə et]

İnsanın təsərrüfat fəaliyyəti Azərbaycan meşələrinin şəklini xeyli dəyişmişdir. Meşə sahələri xeyli azalmış, eroziya prosesləri isə çoxalmışdır. Qırılmış meşələrin və talaların yerində mal-qaranın otarılması burada meşənin özünübərpa prosesinə mənfi təsir göstərir. Digər tərəfdən, insan fəaliyyətinin çayların sululuğuna təsiri onların suyundan səmərəsiz istifadə edilməsi ilə fəal bağlıdır. Axım layı (mm) və yaxud axım modulu (l/san. km2) şəklində verilmiş xəritələr axımın ərazi üzrə paylanmasını xarakterizə edirsə də, L.K. Davıdovun dediyi kimi (1947) bu çayın orta mütləq sululuğu və onun çay boyu dəyişməsi haqqında anlayış vermir. Bunu çayların sululuğu xəritə-sxemindən (şəkil 1.) daha aydın görmək olar. Bu sxemdə orta illik axımı 5m3/s-dən çox olan çaylar verilmiş və onların eni qəbul olunmuş miqyasa görə (1sm-də 20m3/s) axıma mütənasib verilmişdir. [1]

Azərbaycanda çayların sululuğu[redaktə | mənbəni redaktə et]

Bütün dünya çaylarında olduğu kimi təbii axımın çay boyu çoxalması xüsusiyyəti Azərbaycanda da mövcuddur. Bunu respublika çaylarında aparılan hesablamalardan aydın görmək olur (cədvəl 1.). [1]

Cədvəl 1. Xarakterik çaylarında axım boyu sululuğun dəyişməsi.

 

     Çay

 

Məntəqə

Sutoplayıcının sahəsi, km2 Çay axımı, m3/s Suyun həcmi, mln.m3 Axım modulu, l/s.km2 Su layı, mm 
 

Qusarçay 

Kuzun 250 4,71 148,6 18,8 594
Anıx 327 5,23 165,0 16,0 504
Qusar 396 5,54 174,7 14,0 441
Mənsəb 694 8,20 258,6 11,8 373
 

Qudyalçay  

Xınalıq 104 3,28 103,4 31,5 994
Qırız 426 7,29 229,9 17,1 540
Kübçal 517 7,81 246,3 15,1 476
Mənsəb 799 8,55 269,7 10,7 338
Vəlvələçay   Nohurdüzü 210 2,92 92,1 13,9 438
Təngəaltı 454 4,22 133,1 9,30 293
Mənsəb 628 5,35 168,7 8,52 269
Pirsaat    Şamaxı 407 3,67 115,8 9,02 284
Tassı 684 3,98 125,5 5,82 183
Poladlı 995 4,17 131,5 4,19 132
Mənsəb 2280 6,90 217,6 3,03 95
Viləşçay    Yardımlı 312 1,39 43,8 4,46 140
Təkdam 428 3,14 99,0 7,34 231
Şıxlar 785 5,64 177,9 7,18 227
Mənsəb 935 7,00 220,8 7,49 236
 

Lənkərançay  

25km 608 6,40 201,9 10,5 332
Sifidor 893 9,43 297,4 10,6 333
Lənkəran 1040 14,0 441,6 13,5 425
Mənsəb 1100 14,0 441,6 12,7 401
 

Göyçay 

Buynuz 308 8,95 282,3 29,1 917
Göyçay 1480 14,1 444,7 9,53 300
Mənsəb 1770 14,4 454,2 8,14 257
 

Girdimançay  

Burovdal 78,8 1,26 39,7 16,0 504
Qaranohur 352 7,70 242,9 21,9 690
Külülü 453 8,29 261,5 18,3 577
Mənsəb 727 8,88 280,4 12,2 386
 

Ağstafa  

Dilican 222 2,60 82,0 11,7 369
İcevan 1270 8,67 273,4 6,83 215
Krivoy most 1610 10,7 337,5 6,64 210
Mənsəb 2586 13,2 416,3 5,10 161
 

Şəmkirçay  

Şəmkir çayı(qol) 437 5,30 167,2 12,1 383
Barsum 922 8,56 270,0 9,28 293
Güzgər çayı 970 8,61 271,6 8,88 280
Mənsəb 1170 9,25 291,7 7,91 249
 

Gəncəçay    

Alaxançallı 94,4 1,51 47,6 16,0 504
Zivlən çay-dan yuxarı 112 1,59 50,1 14,2 447
Zivlən çay-dan aşağı 160 1,96 61,8 12,3 386
Zurnabad 314 4,61 145,4 14,7 463
Xanlar 439 4,66 147,0 10,6 335
Mənsəb 752 5,12 161,5 6,81 215
 

Tərtər   

İstisu 97,8 1,54 48,6 15,7 497
Kəlbəcər 483 5,22 164,6 10,8 341
Mağavuz 2160 18,2 574,0 8,42 266
Madaqiz 2460 23,0 725,4 9,35 295
Mənsəb 2650 23,1 728,6 8,72 275
 

Arpaçay    

Cermuk 180 4,80 151,4 26,7 841
Keçut 241 6,25 197,1 25,9 818
Çaykənd 807 11,5 362,7 14,2 449
Yexeqnagzor 1220 11,8 372,2 9,67 305
Areni 2040 21,7 684,4 10,6 336
Mənsəb 2630 23,7 745,5 9,01 284
 

Naxçıvançay 

Biçənək 94 1,60 50,5 17,02 537
Qarabala 449 5,73 180,7 12,8 402
Şahbuz çay(mənsəb) 725 6,31 199,8 8,70 274
Cəhri çayına qədər 937 6,89 217,3 7,35 232
Cəhri çaydan aşağı 1437 7,47 235,6 5,20 164
Mənsəb 1630 7,54 237,8 4,63 146

Kür və Arazın orta çoxillik təbii axımının çay boyu dəyişməsi[redaktə | mənbəni redaktə et]

Dağlarda çay suyudan suvarılmada istifadə olunmasına baxmayaraq yenə də axım boyu su bu qanunauyğunluğu biruzə verir. Təbii axımın çay boyu dəyişməsini daha yaxşı Kür və Araz çayları timsalında müşahidə etmək olar (cədvəl 2.).

Cədvəl 2. Kür və Arazın orta çoxillik təbii axımının çay boyu dəyişməsi

 

         Məntəqə

 

Mənsəbdən məsafə km.

 

Sutoplayıcının sahəsi, min km2

Orta çoxillik axım.
Sərfi,

m3/s

Həcmi,

mln. m3

Layı,

mm.

Axım modulu

l/s. km2

  Kür çayı
Tbilisi 890 21,1 219 6907,3 327 10,4
Xrami çayının mənsəbi 820 35,8 280,18 8836,9 247 7,83
Şəmkir çayının mənsəbi 687 41,7 320,56 10110,46 242 7,69
Mingəçevir 605 62,6 473,24 14925,99 238 7,56
Araz çayına qədər 241 86,0 563,26 17765,22 207 6,55
Mənsəb 0 188 853,62 26923,17 143 4,54
  Araz çayı
Qərb sərhəd 541 37,4 153 4825,62 129 4,09
"Araz" su qovşağı 422 54,3 193,25 6095,10 112 3,56
Xudafərin 216 76,8 269,17 8489,62 110 3,50
Mənsəb 0 102 290,36 91157,95 90 2,85

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4  Azərbaycan Respublikasının Coğrafiyası. I cild. "Regional Coğrafiya". Bakı, 2015, səh.43. Əlizadə E.K., Tarixazər S.Ə.