Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri.[1]
Çayxanada səhər | |
---|---|
| |
Rəssam | Toğrul Nərimanbəyov |
Tarixi | 2000 |
Materialı | Kətan, yağlı boya |
Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir.[2]
Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir.
Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir. Şəkildə işıq dəyərlərinin tarazlığını təmin etmək üçün tünd rənglərdən də istifadə edilmişdir. Şəkildə üstünlük təşkil edən rəng mavidir. Bundan əlavə, yaşıl, ağ, sarı, qırmızı və bənövşəyi çalarları da istifadə edilmişdir.[2]
Təbiət mövzusundan bəhs edən bu rəsmlər rəssamın öz emosional xüsusiyyətlərini və hisslərini ən yaxşı şəkildə ortaya qoyduğu əsərlər növüdür. Rəsmdə yaz ab-havası var. Məzmun baxımından rəssamın müəyyən dövrdə tez-tez istifadə etdiyi bir anlayış da bu rəsmdə özünü göstərir. Açıq havada işıq və rəng xüsusiyyətləri üstünlük təşkil edir. Rəsmdə gördüyümüz fiqurlarda konturların əridiyini və naxış anlayışının nəzərə alınmadığını demək mümkündür.
Şəkil günün səhər saatlarında çəkilib. Əsərin vizual cəhətlərinə diqqət yetirdikdə, impressionist üslubda rəsm edildiyini söyləmək olar.[3]