Çeçenistan Respublikasının Konstitusiyası

Çeçenistan Respublikasının Konstitusiyası — Rusiya Federasiya tərkibində Çeçenistan Respublikasının ali qanunu; Preambula, 2 bölmə, 9 fəsil və 112 maddədən ibarət konstitusiya.[1]

Çeçenistan Respublikasının Konstitusiyası
Ölkə
İmzalanıb 12 noyabr 1995
Cari nəşr 26 sentyabr 2016

Haqqında[redaktə | mənbəni redaktə et]

Çeçenistan Respublikasının Konstitusiyası 2003-cü il martın 23-də Çeçenistanda keçirilən referendumda qəbul edilib. Çeçenistan Respublikası Konstitusiyasında Çeçenistan Respublikasının ərazi bütövlüyü və ərazisinin Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapmışdır (1-ci maddənin 2-ci bəndi). Konstitusiya Çeçenistan Respublikasını (Noxçiyn Respublika) respublika idarəetmə formasına malik demokratik sosial hüquqi dövlət olaraq təyin etmişdir (1 bənd). Konstitusiya birmənalı şəkildə Çeçenistan Respublikasının statusunun Rusiya Federasiyasının Konstitusiyası və Çeçenistan Respublikasının Konstitusiyası ilə müəyyən edildiyini müəyyənləşdirir (59-cu maddənin 1-ci bəndi). Çeçenistan Respublikasının statusu onun razılığı olmadan dəyişdirilə bilməz. Çeçenistan Respublikasının Konstitusiyası yüksək dövlət hakimiyyət orqanlarının formalaşdırılması üçün federal normaları əsas götürür:

" Çeçenistan Respublikasının dövlət hakimiyyəti orqanları sistemi bu Konstitusiya ilə Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və federal qanunla qurulan dövlət hakimiyyətinin qanunverici və icraedici orqanlarının təşkili ümumi prinsiplərinə uyğun olaraq qurulur (4-cü maddənin 2-ci bəndi). "

Konstitusiyaya əsasən Çeçenistan Respublikasında dövlət hakimiyyəti Çeçenistan Respublikasının Prezidenti (63-cü maddə), Respublika Şurası və Xalq Məclisinin iki palatasından ibarət olan Çeçenistan Respublikası Parlamenti (78-ci maddənin 2-ci bəndi), Çeçenistan Respublikası hökuməti, Çeçenistan Respublikasının məhkəmələri və Çeçenistan Respublikasının digər dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Çeçenistan Respublikasında məqsədləri və ya hərəkətləri konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyə, Çeçenistan Respublikasının və Rusiya Federasiyasının bütövlüyünü pozmağa, sosial, irqi, milli və dini nifrəti təhrik etməyə, Çeçenistan Respublikasının ərazisində Rusiya Federasiyasının Konstitusiyasında və federal qanunla nəzərdə tutulmayan hər hansı bir silahlı və ya hərbiləşdirilmiş qrup yaratmağa yönəlmiş ictimai birliklərin yaradılması və fəaliyyətinə qadağa qoyulur (8-ci maddənin 4-cü bəndi). Çeçenistan Respublikası Konstitusiyasının 6-cı maddəsində Respublikanın yurisdiksiyasının Rusiya Federasiyasının yurisdiksiyasından və respublikanın yurisdiksiyasından üstünlüyü vurğulanır:

" Çeçenistan Respublikasının yurisdiksiyasında Çeçenistan Respublikasının Konstitusiyası və qanunları birbaşa tətbiq edilir və ən — yüksək hüquqi qüvvəyə malikdir. Federal qanunla Çeçenistan Respublikasının subyektləri haqqında verilən normativ hüquqi akt arasında ziddiyyət olduğu təqdirdə, Çeçenistan Respublikasının normativ hüquqi aktı tətbiq edilir. "
  1. İndiki inkişaf mərhələsində Çeçenistan Respublikasını Rusiya Federasiyası daxilindəki digər respublikalardan fərqləndirən xüsusiyyətlər mövcuddur. Birincisi, Çeçenistan Respublikasının Konstitusiyasında öz respublikasını yaradan və onun Rusiya Federasiyasının tərkib hissəsi kimi formalaşmasını müəyyənləşdirən çeçenlər titul xalq kimi göstərilmir. 2002-ci il Ümumrusiya əhali siyahısına görə Çeçenistan Respublikasında əhalinin 93%-i nəfəri çeçenlərdir, onlardan 13%-i rus dilini bilmir. Bu, Çeçenistan Respublikasının Konstitusiyasının çeçen cəmiyyətinin qurulmasının milli prinsipinin ifadəsini nəzərə almadan qəbul edildiyini göstərir və bu mənada Çeçenistan Respublikası milli özünüdərk forması olaraq Rusiya Federasiyası daxilində respublikanın vacib xüsusiyyətlərindən birini itirməkdədir. Bəzi müəlliflər hətta bunu beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qiymətləndirirlər. Bəlkə də bu, Çeçenistan Respublikasının siyasi elitasının federal hökumətlə öz müqəddəratını təyinetmə və müstəqillik istiqamətində r aparılmış qarşıdurma yolunu tutmaq istəməməsinin nəticəsi idi. Çeçenistan Respublikası administrasiyasının keçmiş rəhbəri Əhməd Kadırov “Exo Moskvı” radiostansiyasına verdiyi müsahibədə Çeçenistanın bərpa olunması üçün “xüsusi siyasi statusa” deyil, “xüsusi iqtisadi statusa”, vergi və gömrük güzəştlərinin məcmusuna ehtiyacı olduğunu söyləmişdir. Çeçenistan Respublikasının milli əsasda qurulmasına dair yeganə dolayı dəlil çeçen dilinin rus dili ilə birlikdə dövlət dili olaraq qəbul edilməsidir. (10-cu maddənin 1-ci hissəsi)
  2. Çeçenistan Respublikasında bu günə qədər vətəndaşların yerli özünüidarəetmə hüququ tam olaraq tətbiq edilməmişdir. İnquşetiya Respublikası və Çeçenistan Respublikası dövlət orqanlarının yerli hakimiyyət orqanlarını yaratmaq və səlahiyyət vermək vəzifələri İnquşetiya Respublikasında və Çeçenistan Respublikasında yerli özünüidarəetmənin təşkili tədbirləri haqqında 24 Noyabr 2008-ci il tarixli 207-FZ federal qanunla müəyyənləşdirilmişdir. Yerli özünüidarəetmə Çeçenistan Respublikasının konstitusiya quruluşunun əsaslarından biridir, Çeçenistan Respublikasının ərazisində tanınır, təmin edilir və həyata keçirilir. Çeçenistan Respublikasında yerli özünüidarəetmə insanların öz səlahiyyətlərini həyata keçirmə forması olaraq Rusiya Federasiyasının Konstitusiyası, Rusiya Federasiyasında yerli özünüidarəetmə təşkilatının ümumi prinsipləri haqqında 6 oktyabr 2003-cü il tarixli 131-FZ federal qanuna əsasən federal qanunlar və Çeçenistan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda müstəqil və öz səlahiyyətləri altında tarixi və digər yerli ənənələri nəzərə alaraq əhalinin maraqlarına əsaslanan yerli əhəmiyyətli mövzularda birbaşa və ya yerli hakimiyyət orqanları vasitəsilə problemlərin həllini təmin edir. Çeçenistan Respublikasında yerli özünülidarə-etmənin hüquqi əsası beynəlxalq hüququn ümumdünya tərəfindən qəbul edilmiş prinsipləri və normalarından, Rusiya Federasiyasının beynəlxalq müqavilələrindən, Rusiya Federasiyasının Konstitusiyasından, Federal Konstitusiya qanunlarından, Rusiya Federasiyasında yerli özünüidarəetmə təşkilatının ümumi prinsipləri haqqında federal qanundan, digər federal qanunlardan, Rusiya Federasiyasının digsər normativ hüquqi aktlarından (Rusiya Federasiyası Prezidentinin fərman və sərəncamları, Rusiya Federasiyası Hökumətinin fərman sərəncamları, federal icra orqanlarının digər normativ hüquqi aktları), Çeçenistan Respublikasının Konstitusiyası, Çeçenistan Respublikasının digər normativ hüquqi aktları, bələdiyyələrin nizamnamələri, yerli referendumlarda və vətəndaşların yığıncaqlarında — qəbul edilmiş qərarlar və digər bələdiyyə hüquqi aktlarından ibarətdir. Çeçenistan Respublikasının ərazisində yaşayan Rusiya Federasiyasının vətəndaşları yerli referendumda, bələdiyyə seçkilərində iştirak etmək, iradənin birbaşa ifadə edilməsinin digər formaları, habelə seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsi ilə yerli özünüidarəetməni həyata keçirirlər. Beləliklə, Çeçenistan Respublikası siyasi islahatlar mərhələsinə 17 il öncə qədəm qoymuşdur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Mirzəzadə, L., Feyziyeva, G. Rusiya Federasiyasının Çeçenistan Respublikası: Daxili ictimai-siyasi şərait. Bakı, 2020, s. 176-179