Çeşmə (qəzet)

"Çeşmə" qəzeti — Azərbaycanda dərc olunmuş satirik qəzet.

Çeşmə
Yaranma tarixi 1991
Baş ofis
Ölkə

Qəzet 1991-ci il aprel ayının 1-də Lənkəran şəhərində yaradılmışdır.

Şüarı "Dama-dama göl olar, yağa-yağa sel" idi.

Təsisçi və baş redaktoru Sakin Məmmədzadə, redaktor: Ayaz Əhmədov idi.

"Çeşmə"nin ilk sayının dünyada "Gülüş günü" kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasıda və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.

"Çeşmə"ni öz dəst-xətti və üslubuna görə "Molla Nəsrəddin" jurnalının davamçısı saymaq olar. Ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərn neqativ cəhətləri satirik və yumoristik yazıların, şerlərin, karikatura və şarjların əsas hədəfi olub. Qəzetdə daha çox siyasi xarakterli lətifələrə üstünlük verilib. Burada həm iqtidar, həm də müxalifət təmsilciləri eyni dərəcədə tənqid hədəfinə çevrilib. Qarabağ məsələsi, müxtəlif hakimiyyətlərin bu problemi siyasi alver predmetinə çevirmək cəhdləri "Çeşmə"nin əsas satira hədəflərində olub.