Çejudo adası(kor. 제주도, 濟州道) — Cənubi Koreyanın ən böyük adası olmaqla yanaşı həm də bu ölkənin ən kişik inzibati ərazi vahidliyidir. Rəsmi olaraq muxtariyyatı olan[1] vilayətdir. Ada Koreya boğazında yerləşir. Çolla-Namdo vilayətindən cənub-qərbsdə yerləşir. 1946-cı ilə qədər bu vilayətin ərazisinə daxil idi. Avropalılar adanı Kelpart adası adı ilə tanınır.
Çejudo adası | |
---|---|
kor. 제주도 | |
Ümumi məlumatlar | |
Sahəsi | 1849 km² |
Uzunluğu |
|
Eni | 31 km |
Hündür nöqtəsi | 485 m |
Əhalisi | 531.905 nəfər (2010-cu il) |
Yerləşməsi | |
33°21′56″ şm. e. 126°31′04″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Koreya dilində do — çin dilindən fonetik traspryasiya olunmuş "ada" (島) və "vilayət" (道) mənasını verir. Bununlada Çejudo həm ada həm də vilayət kimi işlədilə bilər. Aşağıdakı cədvəldə Çejudo vilayətinin inzibati mərkəzlərinin adları verilmişdir.
Azərbaycanca | Rəsmi dil | Xanqıl |
Çejudo (ada) | Çejudo | 제주도 |
Çejudo (vilayət) | Çeju txıkpyol çaçxido | 제주특별자치도 |
Çeju (şəhər) | Çeju-si | 제주시 |
Adanın tarixi adları:
Toi (도이, 島夷)
Tonyuncu (동영주, 東瀛州)
Çuxo (주호, 州胡)
Txammora (탐모라, 耽牟羅)
Somna (섭라, 涉羅)
Txanna (탁라, 竣羅)
Txamna (탐라, 耽羅)
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1264 ing. • rus. • fr. |
Çeju adası Avropada əvvəllər Kvelpart adı ilə tanınırdı. Ada vulkanik mənşəllidir. Burada Hallasan vulkanı yerləşir. Vulkan Cənubi Koreyanın cənub hissəsinin ən hündür nöqtəsidir (1 950 m).
Ada bir neçə milyon il öncə vulkan püskürməsi zamanı meydana gəlmişdir. İqlimi subtropikdir. Koreyanın digər hissələrinə nisbətdə iqlimi istidir. Yayı rütubətli, qışı isə quraq keçir.
2007-ci ildə adanın unikal təbiətindən dolayı YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[2].
2006-cı il məlumatına görə adanın büdcəsi $1,11 milyard dollar olmuşdur. Bu isə 2005-ci ilin analoji dövrü ilə müqayuisədə 10 % çoxdur. 2006-cı ilə görə ümumdaxili məhsul $8,48 milyard dollar olmuşdur. Bu minvalla isə adam başına il ərzində $15 000 pul düşür.
Adanın elekrik enerjisinə olan ehtiyacı materikdən gələn yüksək gərginlikli xətlə təmin edilir. Ehtiyacın bir qismi isə yerli elektrik stansiyalarının köməyi ilə təmin olunur. 2001-ci ilə adada 4 elektik stansiyası olmuşdur.
Ada iqtisadiyyatında turizm böyük rol oynayır. Adanın iqlimi, lanşaftı, çimərlikləri bura çoxlu turist cəlb edir. Onlar əsasən Asiyanın digər ölkələrindən gələnlərdir: Yaponiya, Çin, və s. Koreyalıların böyük qismi bal ayını adada qeyd etməyi xoşlayırlar. Bu səbəbdən adada çoxlu sayda park və atraksionlar vardır.Buna misal kimi Love Landı göstərmək olar.
Adanın mədəniyyəti Koreyanın digər hissələrindən müəyyən dərəcədə seçilir. Digər xüsusiyyət isə Çejudo adasında matriarxat qruluşun olmasıdır.