Çemes buxtası (və ya Novorossiysk buxtası) — Rusiyanın Qara dəniz sahilinin şimal hissəsində donmayan körfəz. Rusiyanın Qara dəniz hövzəsində Sevastopol körfəzindən sonra ikinci ən əhəmiyyətli körfəz.
Çemeş | |
---|---|
rus. Цемесская бухта | |
Ümumi məlumatlar | |
Tip | Buxta |
Sahil uzunluğu | 15 km |
Dərin yeri | 27 m |
Orta dərinliyi | 24 m |
Tökülən çay | Çemes |
Duzluluğu | 18 ‰ |
Yerləşməsi | |
44°41′ şm. e. 37°50′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buxta 1829-cu ildə, rus-türk müharibəsindən sonra Rusiya imperiyasının tərkibinə daxil oldu. O vaxtdan bəri bölgənin və ilk növbədə Novorossiysk şəhərinin hərbi, ticarət və sərnişin ehtiyacları üçün fəal şəkildə istifadə olunur.
Yaxşı havalarda (martdan noyabra qədər) bütün gəmilərinin lövbərlənməsi üçün əlverişlidir. Qışda buxtada güclü küləklər müşahidə olunur. Gücünə görə küləklər VI dərəcəyə daxildir[1].
XIX əsrin ən böyük rus arxeoloqu, qrafinya P. S. Uvarova 1886-cı ildə Novorossiysk yaxınlığında arxeoloji araşdırmalar aparmış və "Səyahət qeydləri"ndə Çemes körfəzi və onun ətrafı haqqında bir çox qeydlər yazmışdır.[2]
Körfəz öz adını ona tökülən Çemes çayından almışdır. Körfəzin qərb hissəsini alçaq dağlıq ərazidən ibarət olan Abrau yarımadası təşkil edir. Sağda daha yüksək Markotx silsiləsi var. Sahil xəttinin uzunluğu 15 km, quruya 7 km uzanır, girişdə eni 9 km, orta hissədə 4,6 km, farvarter xətti boyu dərinlik —11,0–12,4 m, maksimum dərinlik — 27 m-dir. Bu da istənilən okean gəmilərinin buxtaya daxil olmasına imkan verir.[3] Cənub-qərbdə sahillər alçaq, şimal-şərqdə hündür, az girintilidir. Körfəzin girişi şimal-qərbdən Sujuk adası, cənub-şərqdən isə Doob burnu ilə məhdudlaşır. Körfəzin ortasında, Penay burnu ilə üzbəüz, minimum dərinliyi 5–6 m olan Penay bankası var. Körfəzin şimal-qərb hissəsində Novorossiysk və dəniz limanı; şərqdə — Gelencik şəhər rəhbərliyinə tabe olan Kabardinka kəndi var. Payız və qışda qasırğalı külək — nord-ost (bora) — gəmiçilik üçün böyük təhlükə yaradır[1].
Aralıq dənizində olduğu kimi soyuq mövsümdə körfəz üzərində yağıntıların miqdarı isti mövsümdəki yağıntıların miqdarını üstələyir. Körfəzin yamaclarında yayda quraqlıq olur və kserofit bitki örtüyü ilə örtülüdür.
Körfəzi üzərində günəşli günlərin müddəti ildə 2300 saata çatır və suyun temperaturu, hətta ən soyuq ayda — fevralda — ümumiyyətlə +6 ° C-dən aşağı düşmür. Dəniz suyunun yayda isinməsi nəticəsində hətta qış aylarında da buxtada havanın temperaturu gün ərzində +5 °C və daha yüksək olur, gecələr isə 0 °C ətrafında dəyişir. Qış aylarında buxtada su demək olar ki donmur.