Çempion (qəzet)

Çempion — idman qəzeti. İlk nömrəsi 5 noyabr 2002-ci ildə Bakıda nəşr olunmuşdur.

Çempion
Çempion (qəzet) loqo.gif
Növ İdman qəzeti
Format A4
Baş redaktor Ürfan Məmmədli
Yaranma tarixi 05.11.2002
Dil Azərbaycan dili
Qiymət 50 qəpik
Səhifə 16
Ünvan Bakı, Tbilisi prospekti 1054-cü məhəllə, ev 34
www.cempion.az

“Çempion” qəzetinin ilk sayı 5 noyabr 2002-ci ildə işıq üzü görüb. Qəzet bir qrup gəncin – Ceyhun Məmmədlinin, Nail Kərimovun, Ruslan Sadıqovun, Zaur Əzizovun, Teymur Vəliyevin və Şəmsəddin Sücəddinovun təşəbbüsü ilə təsis edilib. “Çempion”un təsis olunmasında əsas məqsəd Türkiyə və Azərbaycan idmanı arasında körpü qurmaq olub. Bu istiqamətdə iki il dalbadal ölkə idmanının ən yaxşılarını anket-sorğu əsasında seçib Türkiyə idman adamlarının iştirakı ilə ictimaiyyətə təqdim olunub. Azərbaycan Premyer-liqasında qızıl xal prinsipinin ləğv olunması, formata dəyişiklik edilərək 10 komandalı 4 dövrəli çempionatın keçirilməsi təklifləri “Çempion” qəzeti irəli sürülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]