Çerek çayı (Qaraç-balk:Шэрэдж) — Kabardino-Balkariyada yerləşən və Baksan çayına tökülən çay.[2] Çerek balkarca və eləcə də türkcə çay deməkdir. [3]Çayın uzunluğu 79 km həcmi isə 3070 км²-dir. Çerek çayı Balkar Çerek (54 km) çayı ilə Bezengi Çerek (46 km) çayının Babukent kəndi yaxınlığında qovuşması ilə formalaşır. Çayın qidalanması əsasən qar və buzlaqlardandır. Çayın üzərində yerləşən yaşayış məntəqələri bunlardır: Babukent, Kaşxatau, Zaragij, Auşiger, Psıqansu, Köhnə Çerek, Aşağı Çerek, Psınabo, Mayskiy.
Çerek | |
---|---|
(Qaraç-balk:Шэрэдж) | |
Ölkə | |
Mənsəbi | Baksan çayı |
Uzunluğu |
|
Su sərfi | 39,5 m³/s |
Hövzəsinin sahəsi | 3.070 km² |
DSR[ru] | 07020000612108200004926 |
Vikianbarda əlaqəli mediafayllar |