Çerepaxa adası

Çerepaxa adasıAzov dənizində yerləşən, Taqanroq təbii liimanından iki km cənunda yerləşən süni ada. Bu ada Rusiya tarixində ilk dəfə süni təməllər üzərində qurulan dəniz limanı olmuşdur. O Kronştatda digər bu tipli müdafiə tikililərinə ilham vermişdir[1].

Çerepaxa adası
rus. Остров Черепаха
Yerləşməsi
47°12′01″ şm. e. 38°57′19″ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Çerepaxa adası xəritədə
Çerepaxa adası
Çerepaxa adası

1701–1706 illərdə limanın yaxınlığında gözətçi məntəqəsi inşa edilmişdir[2].

Çerepaxa limanı, 1704 il.

1702-ci ildə gözətçi məntəqəsi hazır vəziyyətə gətirilir. O oval formaya malik idi. Burada Mortir quraşdırılır. Adı "Çerepaxa" yəni tısbağa olsa da burada heç bir tısbağa yaşamır[3].

Prut sülh müqaviləsinə əsasən gözətçi məntəqəsi təməli dağıdılır. Rus-Türk müharibəsi (1735–1739) dönəmində ərazi rusların əlinə keçir. Belqrad sülh müqaviləsinə əsasən ərazi rus torpağına çevrilsə də qalanın bərpası hüququndan məhrum olur.

Taqan-Roq burnunda 1746-cı ildə rus gömrük məqtəqəsi inşa edilmişdir.

XVIII əsrin sonları Taqanroq öz hərbi-strateji əhəmiyyətini itirdi. Bu səbəbdən o yenidən bərpa edilmir. 1776-cı ildə burada müvəqqəti karatin ərazisi elan edilir.

1845-ci ildə adada mayak inşa edilmişdir. Sonradan 1894-cü ildə taxta mayak dəmir mayakla əvəzlənir. Üstəlik benzinlə işlənən fitil quraşdırılır.

Hazır ki vəziyyəti

[redaktə | mənbəni redaktə et]

1981-ci ilin sentyabrında Çerepaxa adasında Taqanroq Radiotexnika İnstitutunun "Barrakuda" klubunun axtarışçıları müəyyən araşdırmalar aparmışdır. Tələbələr Pyotr dönəminə aid bir çox tapntılar aşkar edirlər. Onlar arasında qəmilərdə istidadə edilən mixlar, silah hissələri və elədə böyük olmayan lövbər[4] aşkarlayırlar.

Adanın özündə müəyyən tikililərin təməlləri indidə qalır. Ada ətrafında dərinlik 2–3 metr təşkil edir. Ən dərin gəmiçilik üçün əlverişli yerdə isə dərinlik 12 metrə çatır[5].

Çəkilmə zamanı xüsusi ilə aydın hava şəraitində yaxınlıqdakı burundan dənizdə iri dəniz tısbağasını xatırladan adanı görmək olar.

  1. Григорян М. Е., Решетников В. К. Таганрог. История архитектуры и градостроительства конца XVII — начала XX века. — Ростов н/Д: Омега-Принт, 2013. — С. 236–237.
  2. Назаренко И. В. Черепаха остров // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 780. — ISBN 978-5-88040-064-5.
  3. Богачёв В. Очерки географии Всевеликого Войска Донского. — Новочеркасск: 1919. — С. 170.
  4. Sergey Nikolayeviç Emelyanov Çerepaxa adası Arxivləşdirilib 2018-03-10 at the Wayback Machine // www.proza.ru. — 2009. — 5 apr.
  5. Sviridenko V. "Tısbağa" adası Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine // Komsomolsksya pravda. — 2011. — 24 noyabr.