Çernışev qumları

Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir.

Çöl ekosistemi

[redaktə | mənbəni redaktə et]

Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsa da istənilən yanğın vəziyyəti pisləşdirə bilər.

Rostov vilayətində qumluq sahələr olduqca geniş ərazini əhatə edir. İntensiv olaraq qumluqların istifadə xüsusi ilə XIX əsr və XX əsrin əvvəllərində bəzi rayonların qəsəbə və stansiyalarını qum basmışdı. 1906-cı ildə Çirnıx qumluğunda Çernışev meşəçilik sahəsi təşkil edilmişdir. Meşə təsərrüfatı əsasın şəhər ətrafında, əkin və maldarlığın inkişaf etdirilmsi mümkün olmayan ərazilərdə salınırdı. Əkin üçün əsasən adı tozağacı və krım tozağacı bitliləri əkilirdi.

Meşəlik əkilərinin böyük hissəsi akasiya, tozağacı olaraq Veşenski, Qundorovskaya, Yelanskaya, Miqullinskaya, Kazanskaya və digər məntəqələrinin ətrafında salınmışdır.

1926-ci ildə bu ərazidə aqrolesomeliorativ məntəqə təşkil edilmişdi. Onun tərkibində Karaiçevskaya və Oblivskaya bağları daxildir.

1940-cı ildə 203 ha leşə zolağı salınmışdı ki, onlarda ümumilikdə 4 min ərazini qoruyurdu.

Hazırda Oblivski aqrolesomeliorativ məntəqəsi 9054 ha ərazini əhatə edir. Hazırda Çirski qum massuvi üç terras əmələ gətirir[1].

Çernışev qumları regionun relyefi dalğalıdır, suxurları əsasən gumdur. Üstəlik quru suxurlardan təşkil edilmişdir[2].

Ərazisində tülkü, dovşan və diğər canlıların nümayəndələrinə rastlaşmaq mümkündür. Burada nadir və qiymətli canlı növləri belə vardır.

  1. "Комплексное освоение чирских песков". www.activestudy.info. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-01.
  2. "Чернышевские пески". İstifadə tarixi: 2017-03-01.