Çernobıl likvidatorları və ya sadəcə likvidator (ukr. ліквідатор, belar. ліквідатар, rus. ликвида́тор) — Çernobıl faciəsinin nəticələrini aradan qaldırmaq üçün çağırılan mülki və hərbi heyət.[1] Bir çox likvidator Sovet hökuməti və mətbuat tərəfindən qəhrəmanlar kimi təriflənsələr də, bəziləri illərdir ki, rəsmi olaraq tanınmırlar.[2]
Termin Sovet rəsmiləri tərifindən "учасник ліквідації наслідків аварії на Чорнобильській АЕС" (azərb. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçı) ifadəsindən yaranmışdır.
Çernobıl faciəsinin idarəetmə heyətində müxtəlif peşə sahibləri iştirak etmişdir: