Çernoyarovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 30 ünvanında yerləşən bina. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 1992-ci il 18 noyabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.
Çernoyarovun binası | |
---|---|
rus. Дом Чернояровой | |
47°12′36″ şm. e. 38°56′26″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1857 |
Vikianbarda əlaqəli mediafayllar |
Bir mərtəbəli bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 30 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. ХIХ əsrin sonundan ХХ əsrin əvvəllərindən başlayaraq Qreçeskaya küçəsindən başlayaraq Dvorsovski xiyabanına qədər ki ərazidəki tikililərdə kapital tikintilər inşa edilmişdir[1].
Binanın sahibləri və burada yaşayanların hamısı məlumdur. Qreçeskaya küçəsi ev 30-da yerləşən bina Oktyabr inqilabına qədər saray xadiminin həyat yoldaşı Olqa Nikolaevna Çernoyorovna olmuşdur. Onun həyat yoldaşı istehfada olan general-mayor 20 may 1910-cu ildə 80 yaşənfa vəfat etmişdir.
Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binsnın mənzil sahiblərindən alınmışdır. Üstəlik satışa çıxarılmışdır.
Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 30 ünvanında yerləşən binanın fasadında beş pəncərə vardır. Bina kərpiçdən inşa edilmişdir. Yan hissələrində yerləşən divarlardakı oəncərələr sadədir. Zirzəmiyə sahibdir. Zirzəmi hissə tünd-qəhvəyi, birinci mərtəbə açıq qəhvəyi, dekor elementləri isə ağ rəngə sahibdir. Bina mərtəbələr arası karnizə sahibdir. Pəncərələrin üzərində üçbucaq candriklər vardır. Bu isə attika elementləridir. Binanın üzəri qara suvaqla üzlənmişdir. Yan nahiyələri isə üzlənməmişdir. Əsas girişinda sandrik vardır. Həyətə giriş binanın solundandır. Burada metal qapı vardır[2].
Гаврюшкин О. П. По старой Греческой... (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.