Çerya və ya Çeryanka ( serb. Церјанска пећина ,Cerjanska pećina ) - Serbiyanın cənub-şərqində mağara. Uzunluğuna görə Lazarev mağarasından sonra Serbiyanın ikinci ən uzun mağarasıdır. Mağaranın uzunluğu 7149 metrdir.[1]
Çerya mağarası | |
---|---|
serb. Церјанска пећина | |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Yerləşməsi | |
43°25′48″ şm. e. 21°56′23″ ş. u. | |
Ölkə | Serbiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara Çerya kəndindən 3,5 km şərqdə (Panteley bölgəsi), Niş şəhərindən isə 15 km şimalda yerləşir.[2][3]
Mağaraya giriş Kalfat dağının qərb yamacındadır. Məhs giriş yerində Provalay çayı yer altında itir. Mağara hidroloji baxımdan aktivdir. Geoloqların hesablamalarına görə mağaranın yaşı 2 milyon ildir.[4] Mağara girişi kiçik və ensiz olsa da baş zal böyük ölçüdədir. Əsas zalın ölçüsü 20 metrdən artıqdır. Hündürlüyü isə 30 metrdir. Çerya mağarası yetərincə rütubətlidir. Yay aylarında, çay suyu quruyanda belə mağara daxilində su hövzələri saxlanılır. Mağara daxilində çayın uzunluğu 3 km-dir. Mağara yaxınlığında bir neçə termal mənbə var. Ancaq mağaranın formalaşmasında bu bulaqların rolu hələ tam aydınlaşdırlmayıb.[5]
Mağara ilk dəfə olaraq 1976-cı ildə Belqrad alpinizm birliyi tərəfindən tədqiq edilmişdir. Araşdırmalar nəticəsində mağara uzunluğunun 4240 metr olduğu müəyyən edildi. O dövr üçün bu Serbiyada ən uzun mağara idi. Turist səfərlərini təşkil etmək məqsədi ilə mağarda olan ensiz əraziləri partlatmağa qərar verilmişdir. Ancaq bu layihə tam olaraq həyata keçirilmədi. 1995-ci ilə qədər mağara uzunluğunun 4240 metr olması düşünülürdü. 1995-ci ildə ASKA alpinizm klubu mağara daxilində 900 metr uzunluğunda olan yeni dəhliz aşkar etdi və mağaranın uzunluğu artıq 5190 metrə çatdı.[6] 1998-ci ilin avqust-sentyabr aylarında mağaranın uzunluğunun 5715 metr olması müəyyən olundu. 1999-cu ilin oktyabrında isə bu göstərici artıq 6025 metr idi. 2017-ci ildə aparılan arşdırmalar nəticəsində mağara uzunluğunun göstəricisi 7149 metr oldu.