Çetinye oktoixi

Çetinye oktoixi (serb. Цетињски октоих) — Zeta Knyazlığının paytaxtı (müasir Monteneqro) Çetinye1494-cü ildə çap edilmiş Şərqi pravoslav kilsəsinin ibadət kitabı.[1] Kilsə slavyan dilinin törəməsi olan Serb slavyan dilində çap edilmiş ilk kitab, həmçinin Cənubi Avropada kirilcə nəşr edilmiş ilk kitab sayılır. Kitab rahib Makarinin rəhbərliyi altında Çetinye mətbəə evində çap edilmişdir, hansı ki 1493-cü ildə IV Georgi Çernoyeviç tərəfindən qurulmuşdur[2]Çetinye Manastırı ərazisində yerləşirdi[3]. Birinci cild Oktoix sisteminin ilk dörd məzmununa həsr olunan himnlərdən ibarətdir, ikinci cild isə ikinci dördə[4].

Çetinye oktoixi
Janr ibadət kitabı
Orijinalın dili Kilsə slavyan dili
(serb slavyan növündə)
Ölkə
Orijinalın nəşr ili 1494-cü il
Səhifə 540
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Oktoixin salamat qalan fraqmentlərinin təkrar nəşri. Belqarddaki Pedaqoji Muzeyin kolleksiyasından

Birinci cild IV Georgi Çernoyeviçin hesabına çap edilirdi[5] və 4 yanvar 1494-cü ildə tamamlanmışdır[6]. Kitab 29 x 21,6 santimetr formatında 270 vərəqdən ibarətdir. Çap zamanı iki rəngdən (qara və qırmızı) istifadə edilmişdir. Tərtibat zamanı ksiloqrafik başlıq şəkilləri və inisiallardan istifadə olunmuşdur.

Bu cildin 108 nüsxəsi bu günə qədər qorunub saxlanmışdır, onlardan biri Çetinye Manastırı muzeyindədir[3], 1987-ci ildə isə birinci cildin 600 faksimile nüsxəsi çap olunmuşdur.

Kitabin beşinci cildi şəkilli olan ilk Cənubi slavyan çap kitabı idi. İllüstrasiyalar (Çetinye Manastırının mənzərələri[7]) də ksiloqrafiya ilə çəkilmişdilər. Beşinci cild yalnız hissə-hissə qorunub saxlanılmışdır (günümüzə çatan ən böyük fraqmentin 37 vərəqi var), ilk fraqmenti serb rahib və şair Lukian Muşitski tapmışdır[8].

  1. Bernard., Singleton, Frederick. A short history of the Yugoslav peoples. Cambridge University Press. 1985. ISBN 0521254787.
  2. Дејан Медаковић. Старе српске штампарије // Историја српског народа. 3. Београд: Српска књижевна задруга. 1993. 425–440.
  3. 1 2 "Çetinye Manastırı". Your way to Montenegro (rus). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.
  4. Душанић С. О Октоиху петогласнику из Црнојевића штампарије. Београд: Свети архијерејски синод Српске православне цркве. 1973. 89–93.
  5. Биографическая библиотека Ф. Павленкова. Жизнь замечательных людей. 1. Москва: ОЛМА-ПРЕСС. 2001. 243. ISBN 5-224-03120-6.
  6. Radovan Samardžić. Istorija srpskog naroda: Doba borbi za očuvanje i obnovu države 1371-1537. Srpska knjiiževna zadruga. 1892. 419.
  7. Александр Колодин. "Цетинский монастырь". Культура веры. Путеводитель сомневающихся (rus). 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.
  8. "Типограф монах Макарий". История книги (rus). 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.