Çevrilmiş coğrafi xəritələr və ya Cənub yuxarıda göstərilən xəritələr — Avstraliya və Yeni Zelandiya müasir kartoqrafiyada qəbul olunduğu kimi xəritənin alt hissəsində deyil, üst hissəsində göstərilən dünya xəritəsi.
Belə xəritələr Avstraliya, Yeni Zelandiya və cənub yarımkürəsindəki bəzi ölkələrdə populyardır.