Çiçəkaltlıqlı doqquzdon

Çiçəkaltlıqlı doqquzdon (lat. Lonicera bracteolaris) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Çiçəkaltlıqlı doqquzdon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimal yarımkürəsində, Himalayda, Cənubi Asiyada təbii halda bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100-250 sm, möhkəm, yuxarıya istiqamətlənmiş, düz dayanan koldur. Qabığı açıq bozumtul-qonurdur. Yarpaqların uzunluğu 1,5-4,5 sm, eni 1,6-2,5 sm, möhkəm, uzunsov-yumurtavarı və ya uzunsov-ellipsvarı, ucu biz, bünövrəsi yumru, bəzən uzunsovdur. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri az saylıdır. Çiçək saplaqları cavan budaqların aşağı yarpaqlarının qoltuqlarında ikiçiçəklidir. Çiçəkaltlıqları lansetvarı, uzunluğu 0,7-1,3 sm-dir. Kasacığın kənarı 5 enli dişciklərə bölünmüşdür. Çiçək tacının uzunluğu təxminən 2,2 sm, sarımtıl, borucuğun içərisi tükcüklüdür. Yuxarı dodağı enli, aşağı dodağı uzunsovdur. Giləmeyvələri qırmızı, yüngül, göyümtül çöküntülüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Qışadavamlılığı yüksəkdir. İşıqsevəndir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda və Naxçıvanda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Şaquli yaşıllaşdırmada istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]