Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi.[1][2]
O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı.[3] Belə bir genealogiya müzakirə mövzusudur.
O Vekeneqanın anası idi.