Çimərlik turizmi — turizmin növlərindən biri.
Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir[1]. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar[1]. Belə fərqləndirici əlamətlərdən biri "Mavi bayraq"dır[1].
Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır[1]. Çimərlik turizmi sahəsində İspaniya, Türkiyə, Yunanıstan, Fransa ilk pillələrdədir[1].