Çim qarışqası

Çim qarışqasıBuğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ

Çim qarışqası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Miqdarca ən çox olan növdür. Çox az yer tapılır ki, orada bu qarışqa növünə rast gəlinməsin. Təbiətin bu miskin varlığı öz qidasını tələsmədən, bütün künc-bucağı diqqətlə nəzərdən keçirməklə qarşısına çıxan çiçəyin və mənənəsinin şirəsini nuş edir. Çim qarışqası özlərindən kiçik cücülərlə qidalanır, heyvan cəsədlərini gəmirir. Amma onların qış üçün tədarük ütdikləri dən olur. Çim qarışqası son dərəcə məhsuldar, cəsarətli və yaman inadcıldır. Belə ki, kəşfiyyat və əmək prosesində ölənləri əvəz etmək üçün dişi fərdlər fasiləsiz olaraq yumurta qoyur. Yuvalar həmişə yumurta və puplarla dolu olur. Buna görə də təbiətdə çim qarışqası başqa növlərə nisbətən çoxluq təşkil edir və onlar geniş miqyasda yayılırlar. Bu səbəbdən də onların himayəsində olan ərazinin sərhəddini müəyyən etmək olmur.

Çim qarışqaları adətən gecələr vuruşurlar. Onlar dəstə-dəstə toplaşır və sakitcə hücuma keçərək bir-birlərini qırmağa başlayırlar. Döyüş həmişə düzən və təmiz meydançalarda gedir. Mübarizə bütün gecəni davam edir. Hava buludlu və sərin olduqda onlar gündüzlər vuruşurlar. Isti havalarda və yayın cırhacırında döyüş dayandırılır, hərə bi tərəfə dağılır və onlar hər gün gördükləri işlərin dalısınca gedirlər. Elə ki, axşam oldu, mübarizə yenidən qızışır. Döyüş zamanı çim qarışqaları düşməni çox soyuqanlıqla hissələrə parçalayır- başı, döşü və ayaqlarını bədəndən ayırırlar. Onları güdülləşdirirlər. Baş bir tərəfə, leş bir tərəfə atılır.