Çin–Vyetnam müharibəsi və ya Üçüncü Hind-Çin müharibəsi — 1979-cu ildə Çin və Vyetnam arasında baş vermiş sərhəd toqquşması. Vyetnamın Kambocanı işğal etməsi ilə baş vermiş qısa müddətli, fəqət qanlı hərbi toqquşmasıdır. Vyetnam Kambocanı işğal edərək, Pol Pot rəhbərliyindəki Qırmızı kxmerlər hökuməti tərəfindən idarə edilən rejimə son qoymuş və bunu bəhanə edən Çin Xalq Azadlıq Ordusu hücuma keçmişdir. Vyetnamın şimal hissələrində qısa bir müddət ərzində Çin hücumları baş vermiş və bir ay sonra Çin hərbi birlikləri geriyə çəkilmişdirlər. Hər iki tərəf də öz qələbəsini elan etmişdir. Bu müharibə hal-hazırda da, Vyetnam üçün önəmli bir yerə malikdir. Çin ordusu geriyə çəkilən zaman çox güclü bir şəkildə “yandırılmış torpaq” taktikasından istifadə etmişdir. Kəndləri, magistral və dəmir yollarını məhv edərək, Vyetnamın sahil hissələrində infrastruktura böyük ziyan vurulmuşdur.
Çin-Sovet ziddiyətinin kuliminasiya nöqtəsində meydana çıxmış müharibə SSRİ-nin müttəfiqi olan Vyetnamı müdafiə edə bilmədiyini göstərdi.[1] Müharibə dövründə mümkün SSRİ hücumuna qarşı 1,5 milyon Çinli əsgər Çin-Sovet sərhədi boyu tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdir.
- ↑ Elleman, Bruce A. (2001). Modern Chinese Warfare, 1795-1989. Routledge. s. 297. ISBN 0415214742.