Mərkəzi Çində geniş yayılmışdır.
Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir. Meyvəsi sentyabrda yetişir. Paxlaları qonur, qınlı, uzunluğu 7-12 sm-dir. Toxum və qələm vasitəsilə çoxalır.
İsti və işıqsevəndir. Abşeronda yaxşı inkşaf edir və zəif şoranlaşmaya davamlıdır.
Dendrologiya İnstitutunun təcrübə sahəsinə 1994-cü ildə introduksiya olunmuşdur. Yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
Balverən bitkidir. Yarpaqlarında aşı maddələri vardır. Vitaminlərlə zəngindir. Tək və ya qrup əkinlərində istifadə edilir.
Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm. Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov