Çin Elektrik Korporasiyası

Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir.[2][3][4] Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir.[5]

China Electronics Corporation
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1989
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 218.367.380.000 ¥ (2018)[1]
cec.com.cn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur.

Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi.

2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir.[6][7] 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.[8][9]

  1. https://finance.sina.com.cn/zt_d/2019_zq500qbd/.
  2. https://web.archive.org/web/20141112173607/http://www.zf.ro/business-hi-tech/chinezii-care-detin-divizia-de-mobile-a-philips-60-din-telefoanele-vandute-in-acest-an-in-romania-vor-fi-smart-13534779
  3. https://web.archive.org/web/20200317193259/https://unitracker.aspi.org.au/universities/china-electronics-corporation/ (#empty_citation)
  4. https://web.archive.org/web/20200828202045/https://www.defense.gov/Newsroom/Releases/Release/Article/2328894/dod-releases-list-of-additional-companies-in-accordance-with-section-1237-of-fy/ (#empty_citation)
  5. https://web.archive.org/web/20141112181930/http://www.capital.ro/smartphone-ul-minune-creat-de-chinezi-dar-care-poarta-numele-unui-gigant-european-184588.html
  6. https://web.archive.org/web/20200830192407/https://www.defense.gov/Newsroom/Releases/Release/Article/2328894/dod-releases-list-of-additional-companies-in-accordance-with-section-1237-of-fy/ (#empty_citation)
  7. https://media.defense.gov/2020/Aug/28/2002486689/-1/-1/1/LINK_1_1237_TRANCHE-23_QUALIFYING_ENTITIES.PDF Arxivləşdirilib 2020-08-28 at the Wayback Machine (#empty_citation)
  8. https://www.axios.com/china-military-trump-investments-ban-a0458e29-2245-4bde-920b-d1c6bc698370.html Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (#empty_citation)
  9. https://www.reuters.com/article/us-usa-china-securities-exclusive-idUSKBN27S2X3 Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine (#empty_citation)