Çin Yer haqqında Elmlər Universiteti (Pekin) (sadələşdirilmiş Çin dili: 中国 地质 大学 (北京); ənənəvi Çin dili: 中國 地質 大學 (北京); pinyin: Zhōngguó Dìzhì Dàxué (Běijīng); qısaldılmış CUGB və ya 北京 地 大) əsas milli universitetdir. Birbaşa Çin Xalq Respublikasının Təhsil Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Pekinin Haidian Bölgəsində yerləşir.[1] Çin Təhsil Nazirliyinin, müəyyən fənlərdə ikiqat birinci dərəcəli statusuna sahib olan universitetidir. [2]
Çin Yer haqqında Elmlər Universiteti (Pekin), 8 məşhur universiteti ilə Xueyuan Yolunda mövcud olan keçmiş Pekin Geologiya İnstitutunun orijinal kampusunda yerləşir.
1952-ci ildə Pekin Universiteti, Tsinghua Universiteti, Tianjin Universiteti və Tanşan Dəmiryol Kollecinin geoloji şöbələrinin birləşməsi nəticəsində Pekin Geologiya İnstitutu quruldu. 1950-ci illərdə Çinin ilk 16 əsas universiteti arasında yer alırdı.
Mədəniyyət İnqilabı səbəbi ilə universitet 1966-1970-ci illərdə fəaliyyətini dayandırdı və Hubei Əyalətinin Jiangling ərazisində 1970-ci ildə Hubei Geologiya Kolleci olaraq yenidən açıldı. 1975-ci ildə kampus Uhan köçürüldü və məktəbin adı Uhan Geologiya Kolleci olaraq dəyişdirildi.
1978-ci ildə məzun fakültələri Çin Xalq Respublikasının lideri cənab Den Syaopinin dəstəyi ilə Pekinə köçdü. 1986-cı ildə Uhan Geologiya Kollecinin bakalavr şöbəsi, keçmiş Pekin Geologiya İnstitutunun orijinal kampusunda quruldu.
1987-ci ildə Uhan Geologiya Kolleci Çin Yer haqqında Elmlər Universiteti olaraq dəyişdirildi. Çin Geologiya Universitetinin Pekin və Uhan şəhərlərində sırasıyla müstəqil hüquqi şəxsiyyətlərə sahib iki kampusu var. 1997-ci ildə CUGB, 211 layihəsinin əsas universitet inşaatlarından biri olaraq təsdiqləndi. 2000-ci ilin fevralında CUGB Təhsil Nazirliyinin rəhbərliyinə verildi.
2005-ci ilin mart ayında CUGB və Çin Yer haqqında Elmlər Universiteti (CUG, Uhan) müstəqil təhsil müəssisələri oldular. 2006-cı ilin sentyabr ayında Təhsil Nazirliyi və Təbii Sərvətlər Nazirliyinin ortaq məsuliyyəti olaraq CUGB yaradıldı. Elə həmin il CUGB 985 Layihə İnnovasiya Platformasına daxil edildi.
Hazırda universitetin heyətində Çin Elmlər Akademiyasının doqquz üzvü çalışmaqdadır. 40.000-dən çox məzundan 24 məzun Çin Elmlər Akademiyasına və Çin Mühəndislik Akademiyasına qəbul olunmuş və 200-dən çox məzun əyalət və ya nazirlik tərəfindən “model işçi” olaraq seçilmişdir.[3]
Universitet 2800-dən çox tədqiqat layihəsi həyata keçirmiş və ümumi tədqiqat maliyyəsi 550 milyona çatmışdır. Bundan əlavə, universitet 3 milli təbiətşünaslıq mükafatına, 3 dövlət elmi və texnoloji tərəqqi mükafatına, 5 dövlət elmi və texnoloji tərəqqin mükafatına, 39 il elmi və texnoloji tərəqqi mükafatına layiq görülmüşdür. 10 milli patent (səlahiyyətli) və 180-dən çox nəşrə sahibdir.[4]