Çin aktinidiyası

Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir.

Çin aktinidiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]