Çin innabı

Çində, Yaponiyada, Kiçik və Orta Asiyada, Himalayda, Qafqazda dağların quru yamaclarında təbii yayılmışdır.

Çin innabı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Bu həmişəyaşıl kolun hündürlüyü 3–8 m-ə çatır. Yarpaqları yumurtavari, uzunluğu 2–5 sm, ucu biz, kənarları dişlidir. Xırda çiçəkləri dəstələrdə 3–5 ədəd və ya təkdir. Çiçəkləmə dövrü iyun-iyuldur. İnnabın yeməli, ətli meyvələri yumru, şarşəkilli, armudşəkilli və ya ellipsvari formalı ola bilər. Meyvələri avqustda-sentyabrda yetişir. Yetişmiş meyvələri zoğlarla birlikdə tökülür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlı bitki kimi çin xurması quru subtropiklərdə becərilir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Respublikamızda geniş yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Şərq ölkələrində xalq təbabətinin həkimləri innabı "həyat ağacı" adlandırırlar. Bitki öz müalicəvi xüsusiyyətlərinə görə "sinə giləmeyvəsi" adlandırılır və tənəffüs yollarının xəstəliklərində istifadə edilir. Yarpaqları və qabığı ipək istehsalında istifadə edilir. Yarpaqlarından, qabığından və budaqlarından alınan həlim antibakterial təsirə malikdir. Saçların tökülməsinə qarşı innabın köklərindən həlim hazırlanır. Meyvələri tənəffüs yolları xəstəliklərində istifadə edilir.