Çində su təchizatı və sanitariya

Şanxaydakı çayın görüntüsü

Çində su təchizatı və sanitariyaÇin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır[1][2].

Su ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir[3]. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq[3].

Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir[3].

Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir[3].

Yaranmış uğursuz situasiyaya bu və ya başqa dərəcədə bol suvarılma tələb edən bitkilərin (düyü, qarğıdalı, buğda) əkilməsinin genişləndirilməsi, Çin sənayesində suyun yenidən istifadəsinin aşağı əmsalı səbəb olur. Bu əmsal hal-hazırda 30 %-i keçmir, hansı ki, inkişaf etmiş ölkələrdə bu kəmiyyət 75 % təşkil edir[4].

Sudan istifadənin strukturu hal-hazırda bu şəkildədir: bütün suyun 66 %-i süni suvarma ehtiyaclarına xərclənir. 1990-cı illərdə bu məqsədlə suyun 82 %-i istifadə olunurdu. 23% sənaye ehtiyaclarına gedir. Ölkədəki islahatların başlanğıcında 10,3 % idi. 7%-i kənd əhalisi işlədir və bütün su ehtiyatlarının təxminən 4%-dən şəhərdə yaşayanlar istifadə edir[4].

Su təminatı probleminin əhəmiyyətini Çində yaxşı başa düşürlər və onun həlli üşün ciddi səy göstərirlər. Yaxın zamanlarda ölkənin bütün su resurslarının əsaslı təftişinin keçirilməsi nəzərdə tutulur. Əvvəllər bu cür tədqiqatlar 1940-cı, 1950-ci və 1997-1998-ci illərdə həyata keçirilmişdir. Növbəti təftiş üç illik nəzərdə tutulur və daha əhatəli və səhih olmağı vəd edir[4].

  1. BBC News. China to clean up polluted lake Arxivləşdirilib 2020-03-12 at the Wayback Machine. 27 October 2007.
  2. Hook, Leslie. "China: High and dry: Water shortages put a brake on economic growth". Financial Times. May 14, 2013. 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-15.
  3. 1 2 3 4 Həbibzadə Еlcan İbrahim оğlu – Salam, Çin. Bakı: Azərnəşr, 2007. səh. 11
  4. 1 2 3 Həbibzadə Еlcan İbrahim оğlu – Salam, Çin. Bakı: Azərnəşr, 2007. səh. 12