Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 15 saniyə əvvəl Solavirum (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Çingiz Əliyev (azərb. Çingiz Cavan oğlu Əliyev; d.20 dekabr 1961 Sumqayıt, Azərbaycan) — Azərbaycan polkovnik-leytenantı.
Çingiz Əliyev | |
---|---|
Çingiz Cavan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Mükafatları |
Çingiz Əliyev 1961-ci ilin dekabrın 20-də Sumqayıt şəhərində anadan olmuşdur. 1979-cu ildə Sumqayıt şəhərinin 12 №-li orta məktəbi, 1985-ci ildə isə Rusiyada Ali Hərbi Ümumqoşun Komandirləri məktəbini bitirmişdir. 1985-87-ci illərdə Əfqanıstanda xidmət etmiş, döyüşlərdə yaralanmış, Sovet dövləti tərəfindən orden və medallarla təltif olunmuşdur. 1992-ci ilin mayına kimi Sovet ordusu sıralarında xidmət etmişdir. 1996-cı ildə Türkiyə Silahlı Qüvvələr Akademiyasını "Çox Başarı" dərəcəsi ilə bitirmişdir. Ailəlidir, iki övladı var.
1992-ci ilin mayından Kəlbəcər rayonunun müdafiəsində, Ağdərə və Laçın rayonlarının işğalçılardan azad olunması zamanı 701 saylı briqadada tabor komandiri vəzifəsində döyüşmüş və bu döyüşlərdə də yaralanmışdır. 1993-cü ilin dekabrından atəşkəsə kimi 706 saylı briqadada briqada komandirinin müavini vəzifəsində döyüşmüşdür. 1996–2002-ci illərdə MN-nin Əməliyyat İdarəsinin Baş zabiti, 181 saylı briqadanın komandiri, Azərbaycan Ali Hərbi Məktəbində müəllim vəzifələrində xidmət etmiş və 2002-ci ildə öz istəyi ilə ordu sıralarından tərxis olunmuşdur. 2007–2012-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat institutunda işləmişdir. Hal-hazırda İdarəetmə Sistemləri institutunda işləyir.
Mayor və polkovnik-leytenant rütbələrinə layiq görülmüş Çingiz Əliyev döyüşlərdə göstərdiyi igidliyə görə H.Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.[1]