Çingiz Əliyev | |
---|---|
24 iyul 2015 – 7 yanvar 2018 | |
Sonrakı | Heydər Əsədov |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 7 yanvar 2019 |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | alim |
Çingiz Əliyev (tam adı: Çingiz Mansur oğlu Əliyev; v. 7 yanvar 2019) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (24 iyul 2015[1]-7 yanvar 2019).
Əliyev Çingiz Mansur oğlu 5 yanvar 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu gəmi mühəndisliyi ixtisası üzrə bitirmişdir. 1987–93-cü illərdə "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi vəzifəsindən kapitan rütbəsinə kimi yüksəlmiş, 1993–96-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini, 1996–2006-cı illərdə British Petroleum şirkətində dəniz işləri üzrə rəis , 2006–13-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor.
2013-cü ilin dekabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək isə tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Həmçinin "Naviqasiya" kafedrasının dosenti kimi fəaliyyət göstərib.
"Caspian Marine Services" LTD şirkətində işlədiyi dövrdə o, gəmilərdə istifadə olunan baş və köməkçi mühərriklərdə silindr oymaqlarının sıradan çıxması səbəblərini araşdırmış və dərin elmi tədqiqatlar aparmış. "Silindr oymaqlarının xarici səthinə məsaməli örtük çəkməklə dizel mühərriklərinin uzunömürlülüyünün artırılması" mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
17 elmi məqalənin, 2 dərslik,1 monoqrafiya və 7 dərs vəasitinin müəllifidir.
Akademiyada işlədiyi dövrdə tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunmasında, yeni istifadəyə verilən gəmiqayırma və gəmi təmiri müəssisələrində tətbiq olunan müasir texnologiyaların tələbələr tərəfindən mənimsənilməsində və onların orada işlə təmin olunmasında çox böyük tədbirlər həyata keçirir.
Yüksək mədəni və mənəvi keyfiyyətlərə malik bir rəhbər kimi kollektivdə həm tələbələr, həm də işçilər arasında çox böyük hörmət qazanmışdır.
Təlimdə innovativ texnologiyanın tətbiqinə, işçilərin və tələbələrin sosial şəraitinin yüksəldilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.
YAP-ın üzvü idi.
Ailəli idi. 3 övladı var idi.
7 yanvar 2019-cu ildə səhər saatlarında xərçəng xəstəliyindən vəfat edib[2]
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin edilmişdir.[3]