Çingiz Əsədullayev

Çingiz Əsədullayev(25 avqust 1960, Sumqayıt) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı.

Çingiz Əsədullayev
Şəxsi məlumatlar
Doğum tarixi 25 avqust 1960(1960-08-25) (64 yaş)
Doğum yeri

Əsədullayev Çingiz Rauf oğlu 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyalarınTəşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, "Azərittifaq" Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, "Nefteko" sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən "Turan" Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1997-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir. Bitərəfdir.

Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavinidir. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. [2].

  1. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  2. "Əsədullayev Çingiz Rauf oğlu". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.