Çingiz Qaşqay

Qaşqay Çingiz Mirəli oğlu — geologiya-mineralogiya elmləri doktoru.

Çingiz Qaşqay
Qaşqay Çingiz Mirəli oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Mirəli Qaşqay
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

Qaşqay Çingiz Mirəli oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1967-ci ildə "Alunitlərin əmələgəlməsinin fiziki-kimyəvi şəraiti" mövzusunda namizədlik, 1975-ci ildə isə "Alunit qrupu və onun struktur analoqları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Qaşqay Ç.M. AMEA Geologiya və Geofizika İnstitutunun "Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası" şöbəsinin rəhbəridir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Çingiz Qaşqay eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamik parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. Eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir.

Elmi tədqiqat sahələri: nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və onların filizdə və tərkibində metan olan geoloji obyektlərdə, təbii sular palçıq vulkanlarda daxil olmaqla paylanılması, fiziki-kimyəvi və termodinamik şəraitdə mineralların əmələgəlməsinin və onların eksperimental modelləşdirilməsi əsasında öyrənilməsi. Axır illərdə nadir metalların yeraltından yuyulmasının geotexniki sualların həlli ilə və geotexniki proseslərin praktiki realizasiyası ilə məşğuldur.[1]

Uzun illər səmərəli işlədiyinə və geologiya elminin inkişafına böyük köməyinə görə Çingiz Qaşqaya “Azərbaycan Respublikasının əməkdar geoloqu” fəxri adı verilmişdir.

90-dən çox elmi əsərin, 23 müəlliflik şəhadətnaməsinin və 5 monoqrafiyanın müəllifidir. 22 ixtirası və ABŞ, Kanada, AFR, Fransa və İsveçrədə 8 patanti var. Onun rəhbərliyi altında 4 elmlər namizədi hazırlanmışdır.

  • "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.