Çingiz Zeynalov

[mənbə göstərin] Çingiz Zeynalov — döyüş sambosu üzrə Rusiyanın idman ustası, beynəlxalq dərəcəli hakim

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Moskvada yaşayan həmyerlimiz Çingiz Zeynalov döyüş sambosu üzrə Rusiyanın idman ustası və beynəlxalq dərəcəli hakimdir, eyni zamanda, həmin növ üzrə federasiyada fəaliyyət göstərir, məşqçiliklə məşğul olur. Səksən nəfərə qədər şagirdi var və onlardan əllisi Azərbaycan vətəndaşıdır. Çingiz müəllim və yetirmələri iştirakçısı olduqları bütün yarışlarda ölkəmizi təmsil edir, onun şərəfini layiqincə qoruyurlar.

Belə yarışlardan biri də bu yaxınlarda Sankt-Peterburqda keçirilmişdir. Əlbəyaxa döyüş üzrə XI beynəlxalq festivalda Zeynalovun dörd şagirdi də bacarığını nümayiş etdirmişdir. Onların hamısı çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Tural Məmmədov və Ruslan Qafarov festivalın qalibləri olmuş, Əli Əliyev və Samir Xudiyev isə müvafiq surətdə ikinci-üçüncü yerləri tutmuşlar. Bu uğurlar bütün festival günlərində idmançılarımıza köməklərini əsirgəməyib, onlara ürəkdən azarkeşlik etmiş Sankt-Peterburqun azərbaycanlı sakinlərinə böyük sevinc gətirmişdir. Qarşıda məşqçini və onun yetirmələrini yeni yarışlar - noyabrda Yaltada kikboksinq, dekabrda isə Kişinyovda universal karate üzrə dünya birincilikləri gözləyir. Əlbəttə, moskvalı həmyerlilərimiz yenə beynəlxalq meydanda sevimli Azərbaycanı layiqincə təmsil etmək, fəxri kürsüyə qalxmaq və milli bayrağımızı yüksəyə qaldırmaq əzmindədirlər.

Çingiz müəllim həm də yubilyardır, bu yaxınlarda idmanda fəaliyyətinin 40 ili tamam olmuşdur. Özünün dediyi kimi, bu münasibətlə ABŞ, Yaponiya, Moskva, Sankt-Peterburq döyüş sambosu federasiyalarından təbriklər almışdır. Moskvadakı Rusiya Azərbaycanlıları Cəmiyyətinin fəal üzvü olan Çingiz Zeynalov müxtəlif turnirlərdə qazandıqları bütün idman qənimətlərini bu cəmiyyətdə saxladıqlarını da diqqətimizə çatdıraraq, onların yarışlarda iştirakı üçün göstərilən köməyə görə cəmiyyətin sədri Hüseyn Sadıqova minnətdar olduqlarını bildirdi. Bu günlər vətəni Azərbaycanda olan Çingiz Zeynalov bizimlə söhbət zamanı bunu da fərəhlə qeyd etdi ki, Moskvada, bütün Rusiyada yaşayan azərbaycanlılar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyatın bütün sahələrində baş verən xoş dəyişiklikləri, irəliləyişləri diqqətlə izləyirlər və əldə olunan uğurlara görə qürur hissi duyurlar.