Qao Çenyun (çin. 高承勇; 10 noyabr 1964, Yuyçjun mahalı[d], Qansu – 3 yanvar 2019, Bayin[d], Qansu)[1] — Çin seriyalı qatili və təcavüzçüsü. O, qurbanlarının bədənlərini təhrif etdiyinə görə Çin KİV-lərində "Çinli Qarındeşən Cek" adlandırılmışdır.[2] Çenyunun 1988–2002-ci illərdə on bir qadını öldürdüyü ehtimal olunur.[3]
Qao Çenyun | |
---|---|
çin. 高承勇 | |
| |
Doğum tarixi | 10 noyabr 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2019 (54 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | seriyalı qatil |
Fəaliyyət illəri | 1988–2002 |
Tanınır | Qətl, seksual hücum, oğurluq, meyit təhrifetmə |
Titul | Çinli Qarındeşən Cek |
Cinayət | Qətl və təcavüz |
Cinayət cəzası | Edam |
Mükafat məbləği | 200.000 yuan |
Qurbanlar | 11 |
Cinayətlər aralığı | 1988–2002 |
Ölkə | Çin |
Şəhərlər | Bayin (Qansu) və Baotou (DMMR) ÇXR |
Hədəf | Qadınlar |
Həbs olunub | 26 avqust 2016, Bayin, Qansu, Çin |
On dörd il ərzində Çenyun on bir qadını zorlamış, onları qətlə yetirmiş və bədənlərini təhrif etmişdir. Bu hadisələrin doqquzu Qansu əyalətinin Bayin şəhərində, ikisi isə DMMR-nın Baotou şəhərində gerçəkləşmişdir.[4] Qurbanların hamısı qırmızı geyimdə idilər. Qurbanların ən azyaşlısı sadəcə səkkiz yaşında idi. İlk qətlin Çenyunun həyat yoldaşının dəstəyi ilə Bayin şəhərindəki bir marketdə gerçəkləşdiyi ehtimal olunur.[5] O, adətən gündüz vaxtı fəaliyyət göstərər, qurbanlarını evlərinə qədər təqib etdikdən sonra onlara hücum edərdi.[6]
Çenyun qurbanlarını bəzən sağ ikən, bəzən isə bıçaqlayaraq öldürdükdən sonra zorlayırdı. O, öldürdüyü qadınların bəzilərinin cinsi orqanlarını,[7] ən azı birinin isə əl və döşlərini də kəsmişdir.[8]
Çin polisi on bir qətli ilk dəfə 2004-cü ildə bir araya gətirmiş və qatili tapana 200.000 yuan məbləğində mükafat verəcəyini bəyan etmişdir.[9] Çenyun yaxın bir qohumu kiçik bir cinayətə görə həbs edilməsinə qədər həbsdən qaça bilmişdir. Vaxtaşırı DNT testi zamanı şəxsin Çenyunla yaxın ailəvi münasibəti olduğu aşkar edilmişdir. Bunun əsasında Çenyun 26 avqust 2016-cı il tarixində Bayin şəhərində işlədiyi bir mağazada həbs edilmişdir.[3][10] Çin Xalq Respublikası İctimai Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə Çenyun on bir qətlin məsulu olduğunu öz boynuna götürmüşdür.[2] Çenyun 30 mart 2018-ci ildə ölüm hökmü ilə cəzalandırılmış,[11] 3 yanvar 2019-cu ildə isə edam edilmişdir.[1]
Qao Çenyun evli idi və iki övladı var idi.[6]