Çinyanovo (erz. Кендя[1]) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonski rayonu ərazisində yerləşən kənd. Çinyanovo inzibati vahidliyinin mərkəzidir.
Çinyanovo | |
---|---|
Кендя | |
54°27′50″ şm. e. 46°23′36″ ş. u. | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVII əsr |
Əhalisi | |
Əhalisi | 439 (2016) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 431776 |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Kanskyakley çayı sahilində, rayon mərkəzindən 10 km aralıda yerləşir. Atyaşevo dəmiryolu stansiyası ilə arasında məsafə isə 27 km-dir. Şimal və şərq hissədən meşə ilə əhatə olunmuşdur. Cənubunda Krasnaya Luqa, qərbində isə Povodimovo kəndləri yerləşir. Povodimovo kəndinə Lenin küçəsi ilə birləşir.
Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Çindyan" (Çindyans ) adı ilə əlaqədardır.
Kənd XVII əsrin əvvəllərində salınmışdır. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Çinyanovo 118 həyət qeydə alınır. 1930-cu ildə kənddə «Azadlıq» (rus. «Свобода») adlı kolxoz təşkil edilmişdir. 1970-ci ildən kolxozun adı «Pobeda» olaraq adlandırılmışdır.
Müasir dövrdə kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, rabitə qovşağı, idman zalı, stadion, provaslav məbədi fəaliyyət göstərir. Kənddə «Erzyanka» xalq-etnoqrafik ansamblı mövcuddur.
2001-ci il Ümumrusiya siyahıya alınmasına kənddə 636 nəfər yaşamışdır. Əhalinin hamısı erzyan əsilli olmuşdur. 2016-cı il məlumatına görə isə kənddə 439 nəfər yaşayır.