Çita (hepard)

Çita

Afrika savannalarının ən görkəmli sakini Çita. Çitalar və ya hepardlar Afrika savannalarında və az sayda olmaqla İranın Xorasan bölgəsində yaşayırlar (bir vaxtlar Azərbaycan və Qafqazda da yaşayırdılar). Onların sürəti ən çox saatda 135 km-dir. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Əgər çita bu sürətlə 460 m-dən ço0x qaçarsa, bədən hərarəti 460 C-ni keçər, bu isə çitanın beyin fəaliyyətinə ciddi zərər verə bilər. Buna görə də ov vaxtı 1 dəqiqədən çox olmur. Çitaların bütün ov cəhdləri uğurlu olmur, bunun səbəbi ən çox ovladığı impala ceyranının, dünyada ən sürətli manevretmə bacarığına malik heyvan olmasıdır. Buna baxmayaraq, çitaların da özünə xas qaçış texnikaları və quyruqlarını sükan kimi işlətmək bacarıqları var. Ən çox 20 il yaşayan çitalar maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Animals.com, T.Rasiboğlu Dünyanı Öyrənək