Çivırkuy körfəzi

Çivırkuy körfəzi (bur. Шэбэрхγγ булан) — Baykal gölündə yerləşən sahəsinə görə ikinci böyük körfəz. Körfəzin ərazisi Zabaykal Milli Parkı ərazisində yerləşir[1].

Çivırkuy körfəzi
bur. Шэбэрхγγ булан
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi ~300 km²
Yerləşməsi
53°43′06″ şm. e. 109°06′51″ ş. u.
Ölkə  Rusiya
Akvatoriyası
Çivırkuy körfəzi xəritədə
Çivırkuy körfəzi
Çivırkuy körfəzi
Çivırkuy körfəzi xəritədə
Çivırkuy körfəzi
Çivırkuy körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Körfəzin sahəsi 300 km²-dir Uzunluğu şimaldan cənuba 28 km, eni isə 6,1 – 14 km[2] arasında dəyişir.

Körfəz Baykalın şərq sahillərində yerləşir. Svyatoy Nos yarımadası ilə materik arasındadır. Körfəzin girəcəyndə, Malo Suxoy və Verxnee İzqolovne burunları arasında məsafə 14 km-dir. Körfəzin şimalına Bolşaya Çivırkuy çayı tökülür. Körfəzin adıda buradan meydana gəlmişdir. Əvvəllər isə adı Kurbulik olmuşdur[3]. Cənub-qərbdə kişik bir axarla Kiçik Aranqatuy gölünə birləşir. O isə öz növbəsində Böyük Aranqatuyla boğazla əlaqələnir. Gölə axan çaylar bu axarlarla körfəzlə əlaqələnir.

Körfəz dayazdır. Maksimal dərinlik 10 metri keçmir. Bu səbəbdən körfəz asanlıqla qızır (+24 °C). Bu ərazi Baykalın ən yüksək temperatur müşahidə edilən ərazisidir. XIX əsrdən etibarən körfəzi dayazıqların və dillərin formalaşması baxımından fərqlənir[4]. Cənub hissəsində, Çivırkuy bərzəxi sahilində Kulinıe bataqlığı yerləşir.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Əsas yaşayış məntəqələri körfəzin qərb sahillərində yerləşir — Katun, Kurbulik və Monaxovo. Körfəzin şimal qərbində Bolşoy Çivırkuy çayının mənsəbində tərk edilmiş Çivırkuy qəsəbəsi yerləşir.

Sahilləri olduqca parçalıdır. Bu səbəbdən çoxlu buxtaya sahibdir. Zmeyniy buxtasında termal mənbə var. Burada temperatur 38,5-45,5 °С. çatır.Mənbə bir çox xəstəliklərin dərmanıdır[5]. Körfəzə daxil olan buxtalar: Krutaya, Kroxalinnaya, Fertik, Oqnokonskaya, Zmerinaya, Sorojya.

Tökülən çaylar

[redaktə | mənbəni redaktə et]

Malaya Suxaya, Bolşaya Çivırkuy, Bezimennaya, İstok, Kotuy, Katun, Krestovskaya, Marşalixa, Oqonok, Molodost və başqaları.

Çivırkuy körfəzində yerləşən adalar — Loxmatıy, Baklanıy, Elena, Qolıy, Kovrijka, Pokoyniski Kamen, Belıy Kamen[6].

Körfəzə daxil olan burunlar:Karkasun, Krutoqubski, İrkan, Katun, Pokoyniki, Osinovski, Kurbulik, Qoryaçinski, Oqnokoyski, Fertik.

Turizm və balıq ovu

[redaktə | mənbəni redaktə et]
Zmeynaya buxtası

Nəqliyyat yollarından uzaqlığı və coğrafi şəraiti səbəbindən körfəz balıqlarla zəngindir. Burada çay xanısı adi durna baqlığı ovlamaq mümkündür. Balıqların çəkisi bəzən 10 kq çatır. Sənaye həcimli ov isə qadağandır. Balıq ovu ancaq həvəskarlar üçündür. Əraziyə gələn balıqçılar ancaq kiçik cığırlarla və ya çətin ərazilərdə hərəkət edən texnikalarla gələ bilirlər. Burada hansısa tikili inşa etmək qadağandır. Bu səbəbdən bura gələn balıqçılar ya gəldikləri katerlərdə qalır ya da alaçıq qurmalı olurlar.

  1. "Baykal möcüzəsi: Çivırkuy körfəzi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  2. "«Природа Байкала». Залив Чивыркуйский". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  3. "Чивыркуйский залив на Байкал-лето". 2009-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  4. "Фауна байкальских соров". 2014-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  5. "«Природа Байкала». источник Змеиный". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  6. "«Baikal Nature»: Çivırkuy körfəzi". 2014-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.