Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur.
Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur.