Çiy küftə

Çiy küftə (türk. çiğ köfte) — Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir.

Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir.[1]

Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır.

Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.

  1. "Etli çiğ köfte masum mu?". 9 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.