Çoçi Yurd cümə məscidi

Maqomed Mitayev adına Çoçi Yurd cümə məscidi (çeç. Цоцин-Эвлахь Мохьмад Митаев цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu Çoçi Yurd kəndində əsas cümə məscidi. Məscid eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün nəzərdə tutulmuşdur.

Maqomed Mitayev adına Çoçi Yurd cümə məscidi
çeç. Цоцин-Эвлахь Мохьмад Митаев цIарах дина маьжди
Məscidin qarşıdan görünüşü
Məscidin qarşıdan görünüşü
43°14′59″ şm. e. 45°59′10″ ş. u.
Ölkə Rusiya Rusiya
Çeçenistan
Status fəaliyyət göstərir
Rayon Kurçaloyevski rayonu
Yerləşir Çoçi Yurd kəndi
Tikilmə tarixi 2009-2010 dekabr
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 22 m
Minarələri 4
Günbəzləri 1 əsas 8 əlavə
Material ağ daş
Vəziyyəti fəaliyyət göstərir
Xəritədə yeri
Map

Tarixi[redaktə | mənbəni redaktə et]

1883-cü ilə qədər Çoçi Yurd kəndində 9 məscid, o cümlədən, əsas Cümə məscidi və 8 məhəllə məscidi fəaliyyət göstərirdi.[1]

Çoçi-Yurd cümə məscidi məşhur çeçen din xadimi Bamat Giray Hacının nəvəsi — Maqomed Mitayevin[2][3] adını daşıyır.

Məscidin tikintisinə 2009-cu ilin mayında başlanılıb. Onun inşa layihəsi Hacı Əhməd Kadırov adına Regional İctimai Fondu tərəfindən maliyyələşdirilib. 2010-cu il noyabrın 16-da məscidin təntənəli açılışı olub. Açılışda yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edib. Həmçinin rəsmi tədbirə xarici ölkələrdən qonaqlar da dəvət olunub.

Təsviri[redaktə | mənbəni redaktə et]

Məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığı və Bizans üslubunu birləşdirir. Maqomed Mitayevin adəna olan cümə məscidi memarlıq görkəmi ilə respublikanın digər şəhərlərindəki Cümə məscidlərinə bənzəyir. Lakin bununla belə, Çoçi Yurd məscidinin memarlıq görkəmində əhəmiyyətli dəyişikliklər edilib ki, bu da ona özünəməxsus fərdilik verir. Məscidin daxili və xarici interyerinin yaradılmasında ən yaxşı türk daş oyma, ağac üzərində oyma və rəssamlıq ustaları çalışmışlar. Amma binanın bəzəyində milli çeçen ornamentinə məxsus xüsusiyyətlərdə vardır. Məscidin xaricində və içərisində divarları xüsusilə davamlı tikinti materialı travertinlə örtülmüşdür. Məscidin interyerində istifadə olunan ağ mərmər Türkiyədən Mərmərə dənizindəki Mərmərə adasından gətirilmişdir.[4]

Məscidin ümumi sahəsi 2000 kvadratmetr, insan tutumu isə 5 min nəfərdir. Məscid hündürlüyü iyirmidən çox və diametri 15,5 m olan böyük günbəzlə taclanır. Mərkəzi günbəzin altında "Svarovski" daşları ilə bəzədilmiş 6 metrlik qızılla örtülmüş çilçıraq yerləşir. Şimal tərəfdə məscidə bitişik yay qalereyası yerləşir. Bütün bu gözəlliyi 47 metrlik dörd minarə tamamlayır, onların azan oxumaq üçün iki eyvanı var, buradan müəzzinin səsi kənddən çox-çox uzaqda eşidilir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Список населенных мест Терской области : По сведениям к 1 янв. 1883 г.. — Владикавказ, 1885". 2017-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  2. "В Чечне открылась новая мечеть - ГТРК "Ставрополье"". stavropolye.tv (rus). 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  3. "Мечеть имени Магомеда Митаева". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  4. Курбан-байрам отмечают в Чеченской Республике // Вести Республики (Газета). — 2010. — 16 ноябрь.
  5. "В Чечне в день празднования Курбан-Байрама открылась крупная мечеть". Юга.ру (rus). 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.