Çobanbəy türbəsi


Çoban bəy türbəsi Bursanın Mollaarap məhəlləsində, onun adını daşıyan küçədə yerləşir. Osmanlı dövlətinin yaradıcılarından olan Osman bəyin oğullarından Çobanbəyə məxsusdur. Türbədə Çoban bəyin sarkofaqı da daxil olmaqla beş sarkofaq mövcuddur. Türbənin kitabəsi olmasa da, vəqf qeydlərindən onun XIV əsrin əvvəllərində tikildiyi məlumdur[1].

Çobanbəy türbəsi
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 40°10′32″ şm. e. 29°04′22″ ş. u.HGYO

Memarlıq məlumatları

[redaktə | mənbəni redaktə et]

Türbənin kənarları 6,45 m-dir. Türbə kvadrat formasında olub, üstü yastı günbəzlə örtülmüşdür. Daş və kərpicdən hörülmüş əsas divarlarından qübbəyə keçid türk üçbucaqları ilə təmin edilmişdir. Giriş qapısı kərpicdən tikilmişdir və sivri önlüklüdür. Türbə cənub və şərq tərəfdən iki yuxarı və aşağı istiqamətli pəncərə ilə işıqlandırılmışdır. Türbənin qərb hissəsində yerləşən Çobanbəy məscidinin yalnız bünövrə qalıqları günümüzə qədər gəlib çatmışdır[2].

Restavrasiyaları

[redaktə | mənbəni redaktə et]

Türbə 1971-ci ildə Bursa Qədim Əsərləri Sevənlərin Assosiasiyası tərəfindən təmir və bərpa edilmişdir.[1]

  1. 1 2 "Çobanbey Türbesi Tarihi". 12 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2014.
  2. "Çoban Bey Türbesi (Osmangazi)". 14 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2014.